Ədliyyə Nazirliyinin kollegiya iclası keçirilib
30.06.2017 [10:06]
İyunun 29-da ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, respublikamızın hərtərəfli inkişafının, sabitliyin və təhlükəsizliyin təmin olunduğu vurğulanıb, demokratik, hüquqi dövlət quruculuğunda, xüsusilə məhkəmə-hüquq islahatlarında nailiyyətlər qeyd edilib.
Bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi, şəffaflığın və məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması üzrə məqsədyönlü tədbirlər görülür, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi ilə bağlı qanunvericilik daim təkmilləşdirilir, o cümlədən təzəlikcə daha iki yeni qanun qəbul olunub.
Həmçinin məhkəmə infrastrukturunun təkmilləşdirilməsi üzrə Dünya Bankı ilə birgə, habelə dövlət büdcəsi hesabına tədbirlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun yeni müasir binalar inşa olunur. Ötən həftə Dünya Bankı ilə birgə layihə çərçivəsində inşa olunmuş Nərimanov Rayon Məhkəməsinin yeni müasir binasının Azərbaycan Prezidentinin şəxsən açılışını etməsi hər bir məhkəmə və ədliyyə işçisi tərəfindən yüksək iftixar hissi ilə qarşılanıb.
Azərbaycan dövlətinin bu sahədə gördüyü işlər, o cümlədən ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, ən müasir informasiya texnologiyalarının tətbiqi beynəlxalq aləmdə yüksək dəyərləndirilir.
Hazırda bu sahədə islahatlar davam etdirilir, hakimliyə namizədlərin seçimi aparılaraq tədrisi həyata keçirilir, hakimlərin fəaliyyəti qiymətləndirilir, məhkəmələrdə iş yükünün azaldılması ilə bağlı təhlillər aparılır, bu sahədə beynəlxalq təcrübə öyrənilir, mövcud mexanizmlər və qanunvericilik təkmilləşdirilir, vətəndaşlara elektron xidmətlərin göstərilməsi üzrə davamlı tədbirlər görülür. Kollegiyada məhkəmə-hüquq sahəsində həyata keçirilən işlərə dair geniş prezentasiya nümayiş etdirilib.
İclasda ədliyyə orqanlarının fəaliyyət istiqamətləri üzrə cari ilin ötən dövründə görülmüş işlər müzakirə olunub, açıq hökumətin təşviqi, məhkəmə qərarlarının icrası, qeydiyyat və notariat, informasiya-kommunikasiya texnologiyaları sahəsində, məhkumların hüquqlarının təmin olunması, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, beynəlxalq əməkdaşlıq üzrə görülmüş önəmli tədbirlər qeyd olunub.
Eyni zamanda, növbəti yarım il üçün əsas prioritetlər, o cümlədən dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının icrası üzrə tədbirlərin davam etdirilməsi, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının stimullaşdırılması üçün əlavə tədbirlərin görülməsi, hüquqi aktların layihələrinin ekspertizasının təkmilləşdirilməsi, ədliyyə orqanlarında şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, elektron sənəd dövriyyəsinin tam təmin olunması, Ədliyyə Akademiyasının elmi fəaliyyətinin genişləndirilməsi, kadr işinin təkmilləşdirilməsi və digər konkret tədbirlər müəyyənləşdirilib.
İclasda, həmçinin məhkəmə ekspertizası fəaliyyətinə dair hesabat əyani təqdimatla müşayiət olunmaqla dinlənilib. Qeyd edilib ki, ölkəmizdə ədliyyə sisteminin inkişafı üzrə görülən tədbirlər çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin fəaliyyəti təkmilləşdirilib, maddi-texniki bazası möhkəmləndirilib, yeni növ ekspertizaların aparılmasına və akkreditasiya nəticəsində ekspert rəylərinin beynəlxalq miqyasda tanınmasına nail olunub. Eyni zamanda, məhkəmə-istintaq orqanlarına kömək və ekspert araşdırmalarının operativliyini təmin etmək məqsədilə Mərkəzin Gəncə, Şirvan və Şəki regional filialları yaradılıb.
Təkcə ötən il ərzində Mərkəzə 41 ekspert ixtisası üzrə 31 minə yaxın iş daxil olub, ekspertlər 578 mindən çox suala cavab verməklə qaldırılmış məsələlərin 99,7 faizini həll ediblər. Həmçinin ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı məhkəmə və hüquq mühafizə orqanlarına 110-dək metodik məsləhət, habelə cinayətin baş verməsinə səbəb olan şəraiti və halları aşkar etmək, onların qarşısının alınması üçün 900-dən çox profilaktik tövsiyə verilib, 30 mövzu üzrə elmi-tədqiqat işləri aparılıb və 7 metodik vəsait hazırlanıb.
Həmçinin ekspertiza sahəsində beynəlxalq əlaqələr genişlənib, Mərkəz Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinə (ENFSI) üzv qəbul edilib. Ötən il dövlətimizin başçısının Türkiyəyə səfəri zamanı məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sazişin implementasiyası çərçivəsində Türkiyə Daxili İşlər Nazirliyinin nümayəndə heyəti bu ayın əvvəlində Azərbaycana səfər edərək ölkəmizin təcrübəsi ilə tanış olublar.
Kollegiyada bu sahədə görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr müzakirə olunub, o cümlədən ekspertiza tədqiqatlarının keyfiyyətinin və mötəbərliyinin artırılması, yeni ekspertiza növlərinin tətbiqi, habelə Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat işinin səmərəliliyinin yüksəldilməsi, kadr potensialının möhkəmləndirilməsi, mövcud vakansiyaların doldurulması və sair ilə bağlı aidiyyəti tapşırıqlar verilib.
Bununla yanaşı, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ-hüquqi akt layihələrinə baxılıb, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

