/ / Bakıda “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” mövzusunda konfrans təşkil olunub
Bakıda “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” mövzusunda konfrans təşkil olunub
20.05.2017 [08:13]
Mayın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində “Qızların fiziki sağlamlığı: Gələcək nəsillərin inkişafı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bu gün Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardıqları uğurlu islahatların nəticəsi olaraq beynəlxalq idman tədbirlərində gənclərimizin nailiyyətləri gündən-günə artır. Qadın idmançıların sayının artması ölkə rəhbərliyi tərəfindən onlara göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.
Hicran Hüseynova qeyd edib ki, ölkəmizin qadın idmançılarının beynəlxalq səviyyədə yüksək nəticələr əldə etməsi çox fərəhləndiricidir. Amma müxtəlif səbəblərdən qadın və qızlarımızın fiziki fəallığı kişilərə nisbətən azdır. Halbuki onların bədən tərbiyəsi və idmanla məşğul olması həm də ona görə vacibdir ki, sağlam qadın sağlam nəsil deməkdir. Bu baxımdan peşəkar idmanla yanaşı, bütövlükdə idmanın kütləviləşməsi məsələsi qarşımızda duran vəzifələrdəndir. Qızlarımızın idmana cəlb olunmasının əsas əngəllərindən biri hələ də cəmiyyətdə olan stereotiplərdir.
“Ümid edirəm ki, dövlətimizin 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları kimi möhtəşəm idman tədbirlərinin ölkəmizdə keçirilməsinə yaratdığı şəraitdən həm yerli, həm də beynəlxalq idman təşkilatları səmərəli şəkildə istifadə edəcəklər. İslam Həmrəyliyi Oyunlarında iştirak edən, medallar qazanan müsəlman qızlar öz ölkələrində olan qızlar üçün yeni bir yol açırlar. Biz bütün idmançılarımızla, xüsusilə qadın idmançılarımızla fəxr edirik. Onlara gələcək idman yarışlarında uğurlar arzulayırıq”, - deyə komitə sədri vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə fəal olublar. Onların arasından görkəmli dövlət, elm, mədəniyyət, ictimai-siyasi xadimlər yetişib. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlib və fəaliyyətləri genişlənib. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdə rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idman və s. sahələrdə geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verib. Elm və incəsənət sahəsində olduğu kimi, bədən tərbiyəsi və idman sahəsində də Azərbaycan qadınları çətin və mürəkkəb yol keçiblər. Qarşıya çıxan maneələri aradan qaldırmaq və bədən tərbiyəsi ilə məşğul olmaq hüququ qazanmaq üçün Azərbaycan qadınlarından böyük qüvvə, iradə və fədakarlıq tələb olunub.
Nazir azərbaycanlı qadın idmançıların mötəbər idman turnirlərində qazandıqları nailiyyətlər barədə məlumat verib. O deyib ki, bu gün də qadınlarımız Azərbaycanı idman sahəsində geniş təbliğ edərək yüksək nailiyyətlər əldə edirlər. IV İslam Həmrəyliyi Oyunlarında əldə olunan nailiyyətlər buna sübutdur.
Konfransda çıxış edən İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Əl Nasser deyib ki, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi çox gözəl imkandır. Biz bu imkandan istifadə etməklə Avropaya qadınların qazandığı uğurları göstərməliyik. İslamiadada qadın idmançılar əla nəticələr göstərirlər. Çoxlu sayda gənc oğlan və qız İslam Həmrəyliyi Oyunlarında könüllü qismində iştirak edir. Bu Azərbaycanda idmana olan marağın göstəricisidir. Baş katib Bakıda bu qədər pozitiv könüllülərlə qarşılaşmasından məmnunluğunu bildirib.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektorun müşaviri Şəmsiyyə Mustafayeva, “Sağlam Həyat Naminə” İctimai Birliyinin sədri Sədaqət Hüseynova, Olimpiya çempionu Zemfira Meftahətdinova çıxış edərək Azərbaycan qadınlarının hər zaman öz istedadları, işgüzarlıqları, yüksək keyfiyyətləri ilə fərqləndiklərini qeyd edib, onların idmanda da uğurlar qazanmalarının sevindirici olduğunu vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyev Azərbaycan qadınlarının bütün sahələrdə, o cümlədən idmanda nailiyyətlərinin artırılmasına davamlı diqqət və qayğı göstərir və bunun nəticələri göz qabağındadır.
Konfransda qızların idmana cəlb edilməsi, onlar arasında idmana marağın yüksəldilməsi, bölgələrdə qadınlar arasında keçirilən idman yarışlarının sayının artırılması, bu istiqamətdə qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

