Baş nazirin müavini Elçin Əfəndiyev rusiyalı alimə "Dostluq" ordenini təqdim edib
04.07.2009 [11:59]
Tanınmış tədqiqatçı alimi dövlətimizin yüksək mükafatına layiq görülməsi münasibətilə təbrik edən Baş nazirin müavini, Rudolf İvanovun Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində xidmətlərini bir daha xatırladıb. Qeyd edib ki, indiyədək onun nəşr etdirdiyi 30 kitab arasında bizim diyarımıza, Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə həsr olunmuş tədqiqat əsərləri mühüm yer tutur. Onlardan biri də rusiyalı alimin çoxillik gərgin tədqiqatlarının bəhrəsi olan əfsanəvi azərbaycanlı general, çar ordusunun qəhrəman sərkərdələrindən sayılan, kornetdən general rütbəsinədək yüksəlib və Əlahəzrət İmperatorun General-Yavəri adına layiq görülən Hüseynxan Naxçıvanskinin həyat və döyüş yolundan bəhs edən “Əlahəzrətin General-Yavəri” tarixi monoqrafiyasıdır.
Bir neçə il əvvəl həmin monoqrafiyanın Bakıda təqdimat mərasiminin keçirildiyini deyən E.Əfəndiyev, Rudolf İvanovun öz qələmi ilə daim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində xalqımızın haqq işini müdafiə etdiyini, erməni millətçilərinin iç üzünü açan tarixi faktları ortaya qoyduğunu minnətdarlıq hissi ilə qeyd edib.
Yüksək dövlət mükafatı ilə təltif olunduğuna görə təşəkkürünü bildirən R.İvanov Azərbaycanı və onun mərd, mübariz və qədirbilən xalqını ürəkdən sevdiyini bildirib, Bakı Hərbi Dəniz Məktəbində həyata vəsiqə aldığını minnətdarlıq hissi ilə xatırlayıb, yenidən Bakıda olmasından son dərəcə məmnun qaldığını dönə-dönə vurğulayıb. Rusiyalı tədqiqatçı “Dostluq” ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını eşitdiyi günü ömrünün ən xoşbəxt anı hesab etdiyini söyləyib, əməyinə verilən qiymətə görə dövlətimizin başçısına minnətdarlığını çatdırmağı xahiş edib.
Baş nazirin müavini Elçin Əfəndiyev Rudolf İvanovun “Dostluq” ordeni ilə təltif olunması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının mətnini oxuyub, yüksək mükafatı qonağa təqdim edib, ona uzun ömür, cansağlığı, elmi fəaliyyətində yeni uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

