/ / Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib
Ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar şəhər və rayonlarda Gül bayramı və yaşıllaşdırma aksiyası keçirilib
11.05.2017 [10:27]
Hər il 10 may - Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş ictimaiyyətdə böyük maraq doğurur. Dövlət orqanlarına müraciət edən ayrı-ayrı təşkilatların və ictimaiyyət nümayəndələrinin bu prosesdə daha fəal iştirakını təmin etmək məqsədilə 2016-cı ildə Gül bayramının yeni formatda - ölkənin bütün şəhər və rayonlarında yaşıllaşdırma aksiyaları təşkil etməklə keçirilməsi barədə qərar qəbul olunub.
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş Gül bayramı və yaşıllaşdırma aksiyasında iştirak edib və ağac əkiblər.
Builki yaşıllaşdırma aksiyası əsl ümumxalq kampaniyasına çevrilib, tədbirlərdə respublika üzrə 113 min 278 nəfər iştirak edib. Ümumilikdə, ölkənin şəhər və rayonlarında 232 min 448 ədəd ağac əkilib.
Əkilmiş ağacların çeşidi geniş olub; 54 min 107 şam, 23 min 582 çinar, 10 min 77 qovaq, 21 min 742 söyüd, 10 min 422 zeytun, 8782 nar, 8189 akasiya, 16 min 471 ağcaqayın, 9785 göyrüş və s. əkilib. Yaşıllaşdırmada yerli iqlim şəraitinə uyğun ağac növlərinə üstünlük verilib, istifadə olunan bütün tinglər yerli təsərrüfatlarda yetişdirilib.
Bakı şəhərində keçirilmiş aksiyada 4600 nəfər iştirak edib, 90 min kvadratmetr ərazidə yaşıllaşdırma işləri aparılıb, 9 min ağac, habelə 10 min dekorativ ağac və gül kolları əkilib.
Sumqayıtda 26 min 841, Gəncə şəhəri, Abşeron, İsmayıllı, Şəmkir, Neftçala rayonlarında 10 min, Yevlax şəhəri, Kürdəmir və Gədəbəy rayonlarında 7000-dən artıq, həmçinin Sabirabad, İmişli, Biləsuvar, Salyan rayonlarında 5000-dən çox ağac əkilib.
Ümumilikdə, bütün şəhər və rayonları əhatə etməklə respublikanın bölgələrində keçirilmiş kampaniyada 108 min 678 nəfər iştirak edib və 223 min 448 ağac əkilib.
Ümumxalq kampaniyası məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə də coşqu ilə keçib. Biləsuvar rayonu ərazisində cəbrayıllı köçkünlərin məskunlaşdığı və 11 qəsəbəni birləşdirən magistral yolun kənarında, laçınlı köçkünlərin məskunlaşdığı Taxtakörpü qəsəbəsinin ərazisində, zəngilanlı köçkünlərin Masazır qəsəbəsi ərazisindəki yaşayış massivində və köçkünlərin məskunlaşdığı digər qəsəbələrdə yaşıllaşdırma aksiyaları təşkil edilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

