Ulu öndər Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafında əvəzsiz xidmətlər göstərib
11.05.2017 [10:26]
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Dövlət Agentliyinin sədri İnam Kərimov Ulu öndər Heydər Əliyevin Azərbaycanı çətin zamanlarda xilas etdiyini vurğulayıb, ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən danışıb. Həmçinin Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan Yeni Azərbaycan Partiyasının (YAP) ölkənin tərəqqisində misilsiz xidmətlərindən söz açıb.
İ.Kərimov dövlətimizin başçısının təşəbbüsü ilə yaranan “ASAN xidmət” mərkəzlərinin fəaliyyət məqsədləri barədə də məlumat verib, bu konsepsiyanın Azərbaycan modeli olduğunu bildirib.
Tədbirdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək dahi şəxsiyyət və siyasi lider kimi Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, həyat və fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. Hikmət Babaoğlu bildirib ki, Ümummilli lider Heydər Əliyev ən yeni tariximizdə, Azərbaycanın dövlətçilik tarixində mühüm siyasi eranın yaradıcısıdır. Millət vəkilinin sözlərinə görə, Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alan, ölkəmizdə ümummilli həmrəyliyi təmin edən, müasir inkişafımızın hüquqi-siyasi və iqtisadi əsaslarını yaradan yeni Azərbaycançılıq ideologiyasının banisidir: “Bütün bunlar Ulu öndərin xidmətlərinin yalnız bir hissəsidir. Heydər Əliyev elə bir dahi şəxsiyyətdir ki, Onun titanik fəaliyyətini Azərbaycanın milli, etnik, siyasi coğrafiyası ilə məhdudlaşdırmaq olmaz. Ümummilli lider bütün keçmiş Sovet xalqlarının həyatında müəyyən rol oynamış böyük bir şəxsiyyətdir”.
Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu olduğunu deyən Hikmət Babaoğlu Prezident İlham Əliyev tərəfindən bu gün dövlətimizin daha da gücləndirildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Vüsal Hüseynov da çıxışında Ulu öndərin dövlətçilik siyasətindən, ölkəmizin inkişafına verdiyi töhfələrdən bəhs edib.
YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Ulu öndər Heydər Əliyevin qurucusu olduğu partiyamızın yaranma tarixindən danışıb. O həmçinin “ASAN xidmət”i yeni nəsil üçün nümunəvi qurum adlandırıb.
Tədbirdə “ASAN könüllüləri”nin “Ümummilli lider” adına qrupu tərəfindən hazırlanan, Ulu öndərə həsr olunan video təqdimat nümayiş olunub.
Sonda YAP-ın sıralarına qoşulan gənclərə vəsiqələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

