Bir neçə il sonra qəza vəziyyətində olan məktəb qalmayacaq
02.07.2009 [14:23]
ümummilli liderimiz Heydər Əliyev “Təhsil millətin gələcəyidir”, - deyirdi. Məhz bu səbəbdən də təhsilin inkişafı, ölkəmizin parlaq gələcəyinin təmin olunması üçün istedadlı kadrların yetişdirilməsi Ulu öndərin fəaliyyətində prioritet sahələrdən biri olub. Prezident İlham Əliyev də böyük siyasətçi Heydər Əliyevin əsasını qoyduğu bu siyasəti uğurla davam etdirir. Belə ki, Prezident İlham Əliyev savadlı, dünyagörüşlü kadrlara üstünlük verir və təhsili ən vacib sahələrdən biri hesab edir. İndi təhsildə, hətta beynəlxalq ekspertlərin təəccübünə səbəb olan böyük nailiyyətlər müşahidə olunmaqdadır.
Millətin gələcəyini müəyyənləşdirən təhsil sahəsinin inkişafı təhsil ocaqlarının vəziyyətindən çox asılıdır. Müasir, dünyagörüşlü kadrlar yetişdirmək üçün beynəlxalq standartlara cavab verən təhsil ocaqları olmalıdır. Odur ki, Prezident təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olmaq üçün təhsil ocaqlarına gedir, aparılan işlə yaxından maraqlanır. Elə bu diqqətin nəticəsidir ki, hər il dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan təhsil müəssisələrinin inkişafına milyonlarla vəsait ayrılır. Son illər ərzində yeni tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuş məktəblərin sayı 1600-ə çatıb. Hazırda yüksək maddi-texniki bazaya malik olan həmin məktəblərdə 700 mindən artıq şagird təhsil alır. Bununla yanaşı, qəza vəziyyətinə düşmüş və tədris üçün zəruri şəraiti olmayan ümumtəhsil məktəbləri də hələ qalmaqdadır. Prezident İlham Əliyevin bir neçə gün öncə imzaladığı növbəti Sərəncam isə təsdiq edir ki, belə təhsil ocaqlarının mövcudluğu müvəqqəti xarakter daşıyır.
ölkə başçısının yeni Sərəncamı ilə qəza vəziyyətində olan ümumtəhsil ocaqlarının təmir və bərpası üçün daha 13 milyon manat ayrılıb. Bununla bağlı müvafiq qurumlara göstərişlər verilib. Maliyyə Nazirliyinə nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Bəs, ölkəmizdə neçə qəzalı məktəb var? Prezident İlham Əliyevin imzaladığı Sərəncamla neçə məktəbi yeniləşdirmək mümkün olacaq? ümumiyyətlə, ölkəmizdəki qəzalı məktəbləri hansı müddətə tamamilə bərpa etmək mümkün olacaq?
Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin müdir müavini Orxan Kərimovun sözlərinə görə, Azərbaycanda elə məktəblər var ki, ondan Avropada da yoxdur. Lakin elə məktəblər də var ki, orada tədris mümkün deyil: “Uzun illər Sovet hakimiyyətinin təhsilə xüsusi diqqət ayırdığını düşünmüşük. Bəlkə, elə indi də çoxları hesab edir ki, təhsil Sovet hakimiyyəti üçün önəmli olub. Ancaq bu, belə deyil. 40-50-ci illərdə müxtəlif tikililəri məktəbə uyğunlaşdırıblar. Kolxoz binalarını, anbarları, yarımçıq qalmış tikililəri, hətta barakları məktəbə çeviriblər. Onlar istifadəyə verildiyi vaxtlarda da məktəbə oxşamayıb. İndi isə hətta təhlükəlidirlər. Hər an tavan uça bilər. Belə məktəblərin hər biri yenidən tikilməlidir”.
Nazirlik rəsmisinin sözlərinə görə, ölkəmizdə 4500 məktəb fəaliyyət göstərir. 700 mindən artıq şagirdi əhatə edən 1600 məktəb nəinki tam təmir olunub, həm də ən müasir avadanlıqlarla təchiz edilib. Buna baxmayaraq, məktəb şəbəkəsində qəzalı məktəblərin sayı da çoxdur: “Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlə 10-11 məktəbi müasir tələblər səviyyəsinə çatdırmaq mümkün olacaq. Bu məktəblər Bakıda və əsasən də, regionlardadır”.
Bütün regionlarda qəzalı məktəblərin mövcud olduğunu söyləyən O.Kərimov hesab edir ki, məktəb şəbəkəsinin tamamilə yeniləşdirilməsi hələ bir neçə il çəkəcək: “ötən il Prezidentin Ehtiyat Fondundan bu məqsədlə 25 milyon manat ayrılmışdı. Dövlət büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərdən başqa digər proqramlar çərçivəsində də təhsil müəssisələrinin tikintisinə, bərpasına və ən müasir avadanlıqlarla təchizatına dəstək verilir. Məktəblərdə idman zallarının tikilməsini, fizika və kimya laboratoriyalarının qurulmasını nəzərdə tutan ayrıca proqramlar həyata keçirilir”.
Hər kəsə məlumdur ki, ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilib. Həmin proqramların reallaşdırılması nəticəsində təhsil infrastrukturu müasirləşib, təhsil alanlar üçün bərabər imkanlar yaradılıb, keyfiyyətin yaxşılaşdırılması və davamlı inkişaf istiqamətində əsaslı tədbirlər həyata keçirilib. Təbii ki, bu istiqamətdə işi bitmiş hesab etmək hələ tezdir. Bundan sonra da mərhələlərlə iş davam etdiriləcək və zamanın tələblərinə uyğun yeni qərarlar, dövlət proqramları qəbul ediləcək.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20
YAP xəbərləri
12 Yanvar 21:19
Dünya
12 Yanvar 20:52
YAP xəbərləri
12 Yanvar 20:46
YAP xəbərləri
12 Yanvar 20:37
Dünya
12 Yanvar 20:10
İqtisadiyyat
12 Yanvar 19:49
YAP xəbərləri
12 Yanvar 19:24
İqtisadiyyat
12 Yanvar 19:15
YAP xəbərləri
12 Yanvar 18:31
İdman
12 Yanvar 18:25
Sosial
12 Yanvar 18:25
Siyasət
12 Yanvar 18:17
YAP xəbərləri
12 Yanvar 18:00
YAP xəbərləri
12 Yanvar 17:47
Sosial
12 Yanvar 17:14
Siyasət
12 Yanvar 16:50
Siyasət
12 Yanvar 16:49
Siyasət
12 Yanvar 16:33
Siyasət
12 Yanvar 16:32

