“Heydər Əliyev və Azərbaycan gəncliyi”
29.04.2017 [10:02]
BSU və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə bu mövzuda elmi konfrans keçirilib
Dünən Bakı Slavyan Universiteti (BSU) və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların elmi konfransı keçirilib. Tədbir Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunub. Konfransda dövlət nümayəndələri, Milli Məclisin deputatları, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, KİV rəhbərləri, elm adamları, tələbə-gənclər iştirak ediblər.
Konfrans dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Mərasimi giriş sözü ilə açan BSU-nun rektoru, YAP İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva tədbirin əlamətdar günə təsadüf etdiyini deyib. Aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünün tamam olduğunu deyən N.Əliyeva Zərifə xanımın mənalı ömür yolu ilə bağlı fikirlərini bildirib. N.Əliyeva qeyd edib ki, Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri gənc nəslə diqqət və qayğının artırılması, respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olub. Təhsilə və elmə yiyələnməyin vacibliyini vurğulayan rektor gənclərin mənəvi tərbiyəsinin qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. “Milli dəyərlərimizi, ənənələrimizi, dilimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Ona görə də gənclərimiz daim oxumalı, çalışmalı, ölkəmizin inkişafına, güclənməsinə öz töhfələrini verməlidirlər. Konfransımız da məhz bu məqsədə xidmət edir”, - deyə N.Əliyeva vurğulayıb.
YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxışında dövlətçiliyin inkişafında gənclərə xüsusi önəm verildiyini bildirib. O, Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasətinin Azərbaycan Prezidenti tərəfindən uğurla həyata keçirildiyini qeyd edib: “Bu siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələr kimi, gənclərlə iş sahəsi də uğurla inkişaf edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar. Xüsusi olaraq qeyd edim ki, məhz Ulu öndər Heydər Əliyevin bünövrəsini qoyduğu dövlət siyasətinin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında fəal iştirakla yanaşı, beynəlxalq miqyasda da ciddi uğurlar qazanırlar. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olub və hər zaman onlara dəstək verib. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir”.
Konfransda çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral və başqaları Ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən sağlam düşüncəli yeni nəslin yetişdirilməsi istiqamətindəki misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycanda gənclər siyasətinin formalaşdırılması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider hər zaman gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirib, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verib, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirib.
Qeyd edək ki, konfrans 4 bölmədə öz işini davam etdirib. Konfransın bağlanışında bölmə iclaslarının moderatorlarının hesabatları dinlənilib, iştirakçılara sertifikat və diplomlar təqdim edilib.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

