Füzulidə “Aprel şəhidlərinə xatirə” abidəsi açılıb
07.04.2017 [10:04]
Azərbaycan Ordusunun ötən ilin aprel döyüşlərində qazandığı qələbə münasibətilə Horadiz şəhərində Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə zəfər yürüşü keçirilib, “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, yürüş iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyublar.
Hərbi orkestrin ifasında təntənəli marşın sədası altında Heydər Əliyev parkından Horadiz-Cəbrayıl avtomobil yolunun kənarında inşa edilən “Aprel şəhidlərinə xatirə” abidəsinə qədər davam edən yürüşdə minlərlə insan, o cümlədən Lələtəpənin azad olunması zamanı sağlamlığını itirən, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görülən, orden və medallarla təltif olunan döyüşçülər, şəhid ailələrinin üzvləri iştirak ediblər. Əllərində Lələtəpə uğrunda döyüşlərdə şəhid olanların portretləri və Azərbaycanın Dövlət bayrağını tutan yürüş iştirakçıları “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey ordu üçün, hər şey qələbə üçün”, “Ali Baş komandanın əmrlərinə hazırıq” kimi şüarlar səsləndiriblər.
Sonra “Aprel şəhidlərinə xatirə” abidəsinin açılışı olub. Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcılığı ilə keçirilən tədbirdə Azərbaycan Ordusunun qüdrətindən, hərbçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs edilib.
Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il yanvarın əvvəllərində həyata keçirilən Horadiz əməliyyatı nəticəsində erməni silahlı birləşmələrinin hücumu dayandırılıb və Azərbaycan Ordusu əks-hücuma keçərək qısa müddətdə Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu uzun illərdən sonra düşmən üzərində növbəti böyük qələbəni keçən ilin aprelində qazandı. Bu döyüşlərdə Azərbaycan Ordusu öz gücünü bir daha göstərdi, qələbə çalmaq əzmini sübut etdi. “Bu gün açılışı olan abidə Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan silahlı qüvvələrimizin 22 nəfər zabit və əsgərinin şərəfinə ucaldılıb. Abidə Füzuli-Cəbrayıl avtomobil yolunun kənarında yerləşir. Zəfərə gedən yol buradan başlayır”, - deyə A.Alıyev bildirib.
Birlik komandiri, general-mayor Mais Bərxudarov çıxışında xalqımızın şəhidləri ilə qürur duyduğunu vurğulayaraq deyib: “Şəhidlər bir daha sübut etdilər ki, bu torpaqlar bizimdir. Biz onu azad etməliyik. Şəhid ailələri öz övladlarını Vətən uğrunda qurban verir və “Vətən sağ olsun” deyirlər. Bu gün xalq və ordu bir yerdədir. Bu birliyin sayəsində aprel ayında torpaqlarımızın bir hissəsini işğaldan azad etdik. Gün olacaq ki, biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün bizim üçün qürur və fəxarət, qələbəyə inam günüdür. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzuli istiqamətində 22 yaşayış məntəqəsinin işğaldan azad edilməsi tarixə yazıldı. Bu tarixi qələbədən 22 il sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yenidən qələbə sevinci yaşadı. Bir daha dünyaya sübut edildi ki, bu gün Azərbaycan müasir, inkişaf etmiş, qarşıya qoyulan bütün hədəflərə nail olmağa qadir bir orduya malikdir. Bu ordunun arxasında xalq dayanıb.
“Aprel döyüşlərində Azərbaycan Ordusu öz gücünün kiçik bir hissəsindən istifadə etməklə düşməni yerində oturtdu və onlara məğlubiyyətin acısını daddırdı. Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda şəhid olan 22 gəncin açdığı zəfər yolu ilə minlərlə Azərbaycan gənci getməyə hazırdır. Biz üçrəngli bayrağımızı hazırda işğal altında olan bütün yaşayış məntəqələrində qaldıracağıq”, - deyə B.Muradova qeyd edib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova və Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliklərini bildiriblər.
Tədbirdə iştirak edən şəhid ailələrinin üzvlərinə “Lələtəpə fatehləri” kitabı təqdim edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

