Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
04.03.2017 [10:48]
Martın 3-də Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, toplantıda çıxış edən sədr, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması ilə bağlı vəziyyətin mediada işıqlandırılmasına dair müzakirələrdə bildirilib ki, medianın cəbhə xəttində baş verənlərə münasibəti ümumən ictimaiyyətin mənafeyinə söykənir. Cəmiyyət üzvləri hər zaman Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə həssasdır. Bu xüsusda hər hansı durum diqqətlə izlənilməkdədir. Media da işini bu tələbə uyğun qurmağa çalışır. Lakin cəbhədəki vəziyyətin işıqlandırılması ilə bağlı problemlər də meydana çıxır. Qeyd olunub ki, Mətbuat Şurası məsələ ilə əlaqədar kütləvi informasiya vasitələrinə dəfələrlə müraciət edib. Demək olmaz ki, çağırışlar faydasız olub. Ancaq vəziyyətin daim diqqətdə saxlanılmasına ehtiyac duyulur.
İclasda bildirilib ki, Mətbuat Şurası fevralın 24-dən 25-nə keçən gecə törədilmiş erməni təxribatı ilə bağlı vəziyyətin KİV-lərdə işıqlandırılmasından narahatlığını konkret bir məsələ müstəvisində ifadə edib. Ermənilər tərəfindən dövriyyəyə buraxılmış və Azərbaycan əsgərlərinin meyitlərinin iddia olunduğu görüntülərin ölkə mediasında yayımlanması hallarının yolverilməzliyi vurğulanıb.
Mətbuat Şurasının monitorinqi müəyyənləşdirib ki, fəaliyyəti sırf cəbhə xəttində baş verən proseslərə köklənmiş internet media resursları var. Onlar bir çox hallarda yaydıqları materialın məzmununa uyğun olmayan sərlövhələrlə diqqəti özlərinə çəkməyə çalışırlar. Belə saytlar, eyni zamanda, rəsmi mənbələrə istinad etmir, yalan, həqiqətə uyğun gəlməyən məsələləri də qabardaraq cəmiyyətdə çaşqınlıqlar yaradırlar. İclasda belə spekulyativ yol tutanlara qarşı hüquqi ölçünün götürülməsinin zəruriliyi vurğulanıb. Toplanmış materialların müvafiq qurumlara göndərilməsi təqdir olunub.
Bildirilib ki, cəbhə xəttindəki vəziyyətin cəmiyyətdə, eləcə də mediada hər hansı mənfi meyilləri doğurmaması üçün əlaqədar dövlət orqanları daha çevik fəaliyyət göstərməli, informasiya boşluğunun yaranmasına heç bir halda imkan verməməlidirlər. Təcrübə göstərir ki, gərgin durumlarda yaşanan informasiya durğunluğundan düşmən maksimum istifadə edir. Bu proses yalnız medianı deyil, daha geniş auditoriyaya malik sosial şəbəkələri də əhatə edir. Ona görə də Müdafiə Nazirliyi daha fəal olmalı, quruma da ictimaiyyət tərəfindən dəstək göstərilməlidir. İclasda bu kimi məsələlərlə əlaqədar Müdafiə Nazirliyi rəhbərliyi ilə KİV rəhbərlərinin görüşünün təşkilinin zəruriliyindən söz açılıb.
MŞ İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası qanunlarına təklif olunan dəyişikliklərlə bağlı olub. Mövcud xüsusda dəyişikliklərin son dərəcə əhəmiyyətli olduğu diqqətə çatdırılıb. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Diqqətə çatdırılıb ki, internet məkanında tənzimləmə prosesinin başlanması onlayn media orqanlarının hüquqi statusunun müəyyənləşdirilməsini də prioritet vəzifə kimi qarşıya qoymaqdadır.
İclasda müzakirə edilən üçüncü məsələ Şuranın “reket jurnalistika”ya qarşı mübarizə tədbirləri olub. Məlumat verilib ki, 2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına, ümumilikdə, 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə “qara siyahı”ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən saytları da qeyd edilməlidir. Beləliklə, Şuranın ötən il qəbul etdiyi 44 qərardan 10-u cavabdeh KİV-in adının “qara siyahı”ya salınmasını nəzərdə tutur. 2017-ci ildə “reket jurnalistika”ya qarşı mübarizənin gücləndirilməsi tədbirləri önə çəkilərkən peşə etikasına etinasız yanaşanların fəaliyyətlərini internet məkanına daşıdıqları vurğulanıb.
İclasda “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının 2016-cı ildəki fəaliyyəti müsbət qiymətləndirilib. Qurumun 2017-ci il üçün görəcəyi işlərin spesifik tərəfləri ətrafında fikir mübadiləsi aparılıb. Bu məqsədlə onun tərkibinin genişləndirilməsi, tərkibə müvafiq dövlət orqanlarından da nümayəndələrin daxil edilməsi istiqamətində tədbirlərin görülməsi qərara alınıb.
Sonda Azərbaycan Mətbuat Şurasının icraçı katibi, Əməkdar jurnalist Rəhim Hüseynzadə təqaüd yaşı ilə əlaqədar tutduğu vəzifədən istefa verdiyini bildirib. İdarə Heyəti R.Hüseynzadənin istefasını qəbul edib. R.Hüseynzadə Mətbuat Şurasının fəxri diplomu ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

