Ölkəmizdə yüksək intellektli, vətənpərvər gənc nəsil formalaşıb
22.02.2017 [09:47]
Azərbaycanda gənclərin inkişafı dövlət üçün prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycanda dövlət gənclər siyasəti “Gənclər siyasəti haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramları Azərbaycan gəncliyinin inkişafı ilə əlaqədar bir çox istiqamətləri əhatə edir. Bu baxımdan, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” böyük əhəmiyyət kəsb edir. Strategiyaya əsasən gənclərimizin hərtərəfli inkişafına şəraitin yaradılması istiqamətində mühüm addımlar atılır. Belə ki, istedadlı, yaradıcı gənclərə stimul verilməsi, gənclərin elmə marağının artırılması, gənclərimizin beynəlxalq müstəvidə layiqincə təmsilçiliyi və digər mühüm məsələlər xüsusi diqqət mərkəzindədir. Bu istiqamətdə gənclərin vətənpərvərlik, o cümlədən hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi də ön sırada dayanır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət gənclər siyasətində məhz bu amil mühüm yer tutur. Hazırda bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan gəncliyi yüksək vətənpərvərlik ruhunda yetişir.
Dövlət siyasətinə uyğun olaraq ölkəmizdə sözügedən istiqamətdə tədbirlər həyata keçirilir. Öz növbəsində məsələ ilə bağlı açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişdirilməsi Gənclər və İdman Nazirliyinin fəaliyyətinin əsasını təşkil edən mühüm istiqamətlərdən biridir. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin bu yöndə xeyli sayda layihələri var: “Bizim gənclərimiz var ki, milli kompüter oyunlarını icad edirlər. Artıq bir neçə məhsulumuz var. Məsələn, onların sırasında “Şuşa və Ağdam işğal altında” layihəsinin adını çəkə bilərəm. Gənclərin fantaziyasına görə, xüsusi təyinatlılarımız torpaqlarımızı erməni işğalından azad edirlər. Bu, kifayət qədər çox oynanılan oyundur. Buna görə ermənilər bizə qarşı kampaniya aparırdılar ki, guya Azərbaycan gəncləri militarist kimi böyüyürlər. Amma onların iddialarının əsası yoxdur. Çünki torpaqlarımızın işğaldan azad olunması, Ermənistanın işğalçılıq siyasətinin dünyada ifşa olunması əsas vəzifələrimizdəndir. Eyni zamanda, “Odlar yurdu” kompüter oyunları istehsala buraxılıb ki, burada da tariximiz, mədəniyyətimiz geniş təbliğ olunur”.
İntiqam Babayev bu istiqamətdə Virtual Qarabağ Mərkəzinin məhsullarını da xüsusilə qeyd edib. Nazir müavini deyib ki, bu mərkəz tərəfindən Laçın, Şuşa, qədim Azərbaycan şəhəri olan İrəvan və başqa ərazilərimiz haqqında film hazırlanıb. Bu məhsullar bir neçə dildə hazırlanır. Bu istiqamətdə işlər davam edir. Virtual Qarabağ Mərkəzi 2011-2015-ci illəri əhatə edən Azərbaycan gəncliyinin inkişafı Dövlət Proqramı çərçivəsində yaradılıb. Amma Dövlət Proqramı bitsə də, layihə fəaliyyətini davam etdirir. Çünki uğurludur.
Hərbi vətənpərvərlik mövzusunda layihələrindən danışarkən İntiqam Babayev bildirib ki, “Şahin” hərbi idman oyunları hər il yüz minlərlə məktəblinin qatıldığı layihədir: “Gənclər hərbi xidmətə çağırılır, vətənin müdafiəsində dayanırlar. Buna görə də onlar üçün indidən hərbi texnika ilə işləmək, hərbi fiziki işlər görmək hərbi vətənpərvərlik hisslərinin yüksəlməsi baxımından çox əhəmiyyətli layihədir. Eyni zamanda, hər il Xocalı soyqırımı ərəfəsində keçirdiyimiz “Mahir nişançı” müsabiqəmiz var ki, gənclər, tələbələr arasında böyük maraqla qarşılanır.
Bütün bunlarla yanaşı, hərbi xidmətdə olan gənclərlə mülki gənclər arasında daim ünsiyyət qurulur. Biz ənənəvi olaraq gənclərin xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrə səfərlərini təşkil edirik. Eləcə də nazirliyin yerli idarələri əlamətdar günlərdə hərbi hissələrə baş çəkib hərbçilərimizlə görüşlər keçirirlər. Nazirlik olaraq mütəmadi şəkildə “Əsgər bayramı”, “Hünər” mahnı festivalı və digər layihələr reallaşdırırıq ki, bu, gənclərdə vətənpərvərlik ruhunun aşılanmasına xidmət edir”.
Ötən ilin aprel döyüşlərinin bizim üçün sınaq olduğunu deyən nazir müavininin sözlərinə görə, Azərbaycan gəncləri nümayiş etdirdilər ki, onlarda vətənpərvərlik ruhu daim yüksəkdir və öndədir: “Aprel döyüşləri xalqımızın həmrəyliyini göstərdi. Dünya da, öz cəmiyyətimiz də gördü ki, gənclərimiz nəyə, hansı gücə qadirdirlər. O proseslər zamanı on minlərlə gəncimiz cəbhəyə getməyə can atırdı. Amma işğalçı Ermənistan isə ermənilərin cəbhə zonasından qaçmasının qarşısını almağa çalışırdı. Bir sözlə, gənclərimizdə böyük ruh yüksəkliyi var”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov da Azərbaycan gəncliyinin bütün dövrlərdə dövlətçiliyimizin qorunmasında, ölkəmizin təhlükəsizlik və milli məsələlərində fəal rol oynadığına diqqət çəkib. O bildirib ki, bu gün Azərbaycan gəncliyinin səsi dünyanın ən mötəbər tribunalarından gəlir: “Dünyanın ən nüfuzlu universitetlərində azərbaycanlı gənclər təhsil alır, ən mötəbər yarışlarında idmançılarımız qələbə qazanırlar. Belə güclü, hər zaman dövlətinin yanında olan gənclik, heç şübhəsiz ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçısıdır”.
Komitə sədrinin sözlərinə görə, gənclərimiz ötən ilin aprel hadisələrində Vətəninə, dövlətinə nə qədər bağlı olduqlarını öz əməlləri ilə bir daha sübut etdilər: “Müstəqilliyimizin bərpasından ötən 26 ilə yaxın bir dövrdə ölkəmizdə vətənpərvər, milli-mənəvi dəyərlərimizə sadiq, savadlı gənclik formalaşıb. Bütün bunlar isə birbaşa Heydər Əliyev siyasəti və bu kursun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Biz müstəqil Azərbaycan gəncliyi ilə qürur duyuruq”.
Fuad Muradov qeyd edib ki, bəzi qüvvələr ölkəmizin inkişafını, Azərbaycan gəncliyinin öz dövlətinə sədaqətini qəbul edə bilmir: “Xaricdə və daxildə olan belə qüvvələr müxtəlif üsullarla dövlətimizə qarşı həm gizlin, həm də açıq şəkildə fəaliyyət göstərirlər. Ancaq Azərbaycan dövlətini heç bir qüvvə sarsıda bilməz. Çünki bu dövlətin dayağı Azərbaycan xalqı və lideridir. Bu dövlət etibarlı əllərdədir”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanda vaxtilə müxtəlif cinayətlər törədənlər, sonradan bunun cavabını verə bilməyəcəklərini hiss edib xaricə qaçan nankorlar gəncliyimizi tutduqları yoldan yayındırmağa, dövlətimizi zəiflətməyə çalışırlar: “Bu qüvvələrin ölkəmizin düşmənləri ilə eyni mövqedən çıxış etməsini görən Azərbaycan gəncliyi onların çağırışına heç zaman məhəl qoymayacaq, bundan sonra da dövlətimizi dəstəkləyəcək, ölkəmizin daha da inkişaf etməsi, ərazi bütövlüyünün bərpa olunması üçün çalışacaq”.
Fuad Muradov deyib ki, dünyada baş verən arzuolunmaz proseslər hamımızın gözü önündədir: “Hər gün qanlar axıdılır, dinc insanlar qətlə yetirilir. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət nəticəsində bu gün ölkəmiz dünyanın ən stabil, təhlükəsiz dövlətləri sırasındadır. Bunu gəncliyimiz də yaxşı bilir, dərk edir. Əldə olunan nailiyyətləri birlikdə qorumaq hər birimizin vətəndaşlıq borcudur”.
Qeyd edək ki, ölkəmizdə gənclərin vətənpərvərlik ruhunun daha da gücləndirilməsi istiqamətində gənclər təşkilatları da mütəmadi olaraq tədbirlər keçirir. Bu baxımdan, Azərbaycanın ən böyük və güclü təşkilatı olan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin fəaliyyəti də təqdir olunmalıdır. Təşkilatın sədri Seymur Orucovun sözlərinə görə, hər il YAP Gənclər Birliyinin tədbirlər planında vətənpərvərlik mövzusuna xüsusi yer verilir. Seymur Orucov qeyd edib ki, hər il olduğu kimi, 2016-cı ildə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi gənclərdə vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, vətənə olan məhəbbətin artırılması istiqamətində tədbirlər həyata keçirib: “Belə ki, tariximizin mühüm səhifələrindən biri olan 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Şəhidlər Xiyabanında Azərbaycan xalqının azadlığı uğrunda şəhid olmuş vətən övladlarının məzarlarını ziyarət ediblər. Eyni zamanda, mövzu ilə əlaqədar təşkilatımızın ofisində “dəyirmi masa” təşkil olunaraq bu faciə pislənib, insanlığa qarşı ən dəhşətli cinayətlərdən biri olduğu vurğulanıb. Bundan başqa, 26 fevral - Xocalı soyqırımının ildönümü ilə əlaqədar YAP Gənclər Birliyi silsilə anım tədbirləri keçirib. Belə ki, Gənclər Birliyinin təşkilatçılığı ilə minlərlə gənc “Ana Harayı” abidəsini ziyarət edib. Eyni zamanda, Xocalı soyqırımı barədə məlumatları əks etdirən bukletlər Bakı şəhərinin ayrı-ayrı məkanlarında ölkəmizdə yaşayan əcnəbilərə paylanıb, Xocalı soyqırımını özündə əks etdirən film hazırlanaraq, Sahil bağında nümayiş etdirilib. Həmçinin soyqırımının növbəti ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri sosial şəbəkələrdə bununla bağlı məlumatlar paylaşıb, dünya ictimaiyyətinin diqqətini bu məsələyə çəkiblər. Gənclər Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə soyqırımının mahiyyətini özündə əks etdirən “YARA” filmi gənclərə nümayiş olunub. Eləcə də 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq da YAP Gənclər Birliyinin ofisində “dəyirmi masa” təşkil olunub və erməni vəhşiliyi bir daha pislənilib”.
Gənclərə vətənpərvərlik ruhunun aşılanmasının daim diqqət mərkəzində olduğunu deyən Seymur Orucov YAP Gənclər Birliyinin ofisində çoxsaylı tədbirlərin, layihələrin reallaşdığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün ölkəmizdə yüksək intellektli, vətənpərvər gənc nəsil formalaşıb.
Nardar BAYRAMLI
“Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”
Xəbər lenti
Hamısına baxDünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16

