/ / BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub
BDU-nun rektoru, akademik Abel Məhərrəmova Rusiya Elmlər Akademiyasının həqiqi üzvü diplomu təqdim olunub
25.01.2017 [08:54]
Yanvarın 24-də Rusiya Elmlər Akademiyası (REA) Rəyasət Heyətinin Moskvada keçirilən geniş iclasında Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova REA-nın həqiqi üzvü diplomunun və nişanının təntənəli təqdimetmə mərasimi keçirilib.
Azərbaycanın görkəmli alimi Rusiya Elmlər Akademiyasında 2016-cı ildə keçirilmiş səsvermənin nəticələrinə görə bu nüfuzlu elm ocağının həqiqi üzvü seçilib.
Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Vladimir Fortov akademik Abel Məhərrəmovu yüksək ada layiq görülməsi münasibətilə təbrik edərək, onun Azərbaycan və dünya elmi qarşısındakı böyük xidmətlərindən danışıb. Bildirib ki, Abel Məhərrəmov 54 ixtiranın, 51 dərslik və dərs vəsaitinin, 1000-dən çox məqalə və tezisin müəllifi, 60-dan çox alimin elmi rəhbəridir. Akademik Abel Məhərrəmov dünyanın bir çox nüfuzlu universitetlərinin, o cümlədən Rumıniya, Türkiyə, Albaniya, Qazaxıstan, Ukrayna və Çinin bir sıra universitetlərinin fəxri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəxri professorudur. Bir çox dövlətlərin yüksək mükafatlarına və müxtəlif fəxri adlarına, o cümlədən “Elm və texnologiya sahəsində 2012-ci ilin ISESCO mükafatı”na, İqtisadi Əməkdaşlıq Təşkilatının Qızıl medalına layiq görülüb.
Akademik Abel Məhərrəmov REA-nın həqiqi üzvü diplomunu və nişanını qəbul edərək ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. “Mən bu uğuru Azərbaycan elminin, Azərbaycan xalqının və ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə elm və təhsilə göstərdiyi yüksək qayğının nəticəsi kimi qəbul edirəm”, - deyə akademik vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Rusiyanı çoxəsrlik dostluq əlaqələri birləşdirir. Ölkələrimiz bütün sahələrdə, eyni zamanda, elm və təhsil sahəsində sıx əməkdaşlıq edirlər. Akademik deyib: “Sovet İttifaqı dağılandan sonra əlaqələrimiz deformasiyaya uğradı, destruktiv dəyişikliklərə məruz qaldı. Bu gün isə dövlət başçıları İlham Əliyev və Vladimir Putinin müdrik və balanslaşdırılmış siyasəti sayəsində ölkələrimiz arasında tarixi əlaqələr yüksək səviyyədədir. Hazırda bu qarşılıqlı əlaqələr daha da dərinləşir, genişlənir və dinamik inkişaf edir”.
Akademik Abel Məhərrəmov Bakı Dövlət Universiteti adından Rusiya Elmlər Akademiyasının Rəyasət Heyətinə Azərbaycan və Rusiya prezidentlərinin şəkilləri həkk olunmuş lövhə, həmçinin Bakı Dövlət Universiteti və M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimyaçı alimlərinin birgə yazdıqları monoqrafiyanı təqdim edib. ABŞ-da ingilis dilində dərc edilmiş “Qeyri-kovalent qarşılıqlı təsir” adlı həmin monoqrafiya REA-nın təklifi ilə rus dilinə tərcümə edilib və dərslik kimi ali məktəb tələbələrinə tövsiyə olunub.
Rusiya Elmlər Akademiyasının akademiki, M.V.Lomonosov adına MDU-nun kimya fakültəsinin dekanı Valeri Lunin AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, REA-nın 300 illik tarixi ərzində yaranmış ənənəyə görə, müxtəlif ölkələrin ən görkəmli alimləri bu akademiyanın həqiqi üzvü seçilmək kimi fəxri hüquq qazanırlar. “2017-ci ildə REA-nın diplomu ilk olaraq həmkarımız və dostumuz, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmova təqdim edilib. Bu, çox böyük nailiyyətdir. Mənim üçün bu, xüsusilə çox xoş hadisədir. Həmkarım akademik Abel Məhərrəmovla elm və təhsil sahələrində sıx əlaqələrimiz uzun illərdir davam edir. Mən M.V.Lomonosov adına MDU-nun yetişdirməsi Abel Məhərrəmova Azərbaycan elminin gələcək inkişafı naminə daha böyük uğurlar arzulayıram”, - deyə Valeri Lunin bildirib.
Qeyd edək ki, Rusiya Elmlər Akademiyasının həqiqi üzvünün seçilməsinə dair səsvermə üç mərhələdə həyata keçirilib. Seçkilərdə müxtəlif ölkələri təmsil edən 2400 alimin namizədliyi irəli sürülüb. Səsvermənin nəticələrinə görə, ABŞ, Böyük Britaniya, Yaponiya, Çin, Almaniya, İsrail, Norveç və digər ölkələri təmsil edən yalnız 64 görkəmli alim, o cümlədən yeddi Nobel mükafatçısı REA-nın həqiqi üzvü seçilib.
Sevindirici haldır ki, onlardan biri də həmyerlimiz, görkəmli alim, akademik Abel Məhərrəmovdur.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05

