Məleykə Abbaszadə: Təhsilalanların yekun qiymətləndirilməsi yeni qaydalar əsasında aparılacaq
15.12.2016 [10:17]
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nın təsdiqlənməsi ilə əlaqədar brifinq keçirib.
AZƏRTAC xəbər verir ki, M.Abbaszadə yeni təhsil proqramlarının tətbiqi ilə əlaqədar qiymətləndirmə sahəsindəki yeniliklər barədə məlumat verib.
Qeyd olunub ki, bu istiqamətdə görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı təkan verib. Həmin sənədə əsasən TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olunub.
M.Abbaszadə TQDK tərəfindən 2013-cü ildən respublikanın bütün bölgələrini əhatə edən ümumtəhsil müəssisələrində monitorinq imtahanlarının keçirildiyini diqqətə çatdırıb. Məlumat verilib ki, bu il 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin 85 mindən çoxu qeyd olunan monitorinq imtahanlarında iştirak edib. Bu imtahanların nəticələrinə əsasən, yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlanıb. Qəbul edilən mexanizm yeni bir metod olaraq dörd ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir. Bundan əlavə, imtahanda yazılı cavab vermək tələb olunan açıq tipli sualları yoxlayan markerlər bazası formalaşdırılıb. Hazırda bu bazada Azərbaycan dili fənni üzrə 700-dək, riyaziyyat fənni üzrə 550-dək, rus dili fənni üzrə isə 30-dək ekspert-marker var.
Təsdiq olunmuş yeni qaydalardan danışan DİM Direktorlar Şurasının sədri qeyd edib ki, 9-cu sinifdə buraxılış imtahanı iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə Azərbaycan dili (rus dili) fənnindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 10 açıqtipli (cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test tapşırığı), 10 qapalıtipli (verilən cavab variantlarından doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test tapşırığı), riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq tipli, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazırlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədini almaq üçün inşanın (essenin) qiyməti nəzərə alınacaq.
İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalıtipli test tapşırığı təqdim edilir. Birinci mərhələ üzrə maksimum 30, ikinci mərhələ üzrə 70 bal toplamaq mümkündür. Buraxılış imtahanının birinci mərhələsində imtahanın müddəti 2 saat 30 dəqiqədir. Tapşırıqların yerinə yetirilməsinə 2 saat, inşanın (essenin) yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. İkinci mərhələdə imtahanın müddəti 1 saat 30 dəqiqədir.
M.Abbaszadə tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə buraxılış imtahanı qaydalarında dəyişiklik edilmədiyini diqqətə çatdırıb. Bildirilib ki, təsdiq olunmuş qaydalara əsasən imtahan ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə keçiriləcək. Xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim olunmuş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın ümumi müddəti 2 saat 45 dəqiqədir. Test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Qeyd olunub ki, buraxılış imtahanlarının (IX və XI sinif) keçirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilir və təhsilalanlar üçün ödənişsizdir.
Sonda jurnalistlərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

