Beynəlxalq Antikorrupsiya Akademiyasının azərbaycanlı məzunlarına diplomlar təqdim olunub
14.12.2016 [10:16]
9 dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü ilə əlaqədar Beynəlxalq Antikorrupsiya Akademiyasının Avstriyadakı mənzil qərargahında magistr proqramını başa vurmuş məzunların növbəti buraxılış mərasimi keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Akademiya korrupsiyaya qarşı mübarizə üzrə biliklərin artırılması və peşəkarların təkmilləşdirilməsi sahəsində dünyada ilk təhsil ocağı kimi beynəlxalq təşkilat statusunda fəaliyyət göstərir.
Mərasimdə BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin, digər beynəlxalq təşkilatların, diplomatik nümayəndəliklərin təmsilçiləri, Avstriya Hökumətinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.
Dünyanın 17 ölkəsindən olan 26 tələbə arasında beş azərbaycanlı - Milli Məclisin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vüqar Məmmədov, Xarici İşlər Nazirliyinin əməkdaşı Süleyman Rüstəmov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı Məftun Abbasov, eləcə də proqramı fərqlənmə ilə bitirən, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Elnur Musayev Akademiyanın magistr proqramının məzunu olublar.
Buraxılış mərasimində bütün məzunlar adından danışan magistr qrupunun rəhbəri Elnur Musayev internet vasitəsilə dünyaya yayımlanan çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat verib. O, eyni zamanda, Akademiyanın inkişafına dəstək verilməsi barədə dünya ictimaiyyətinə müraciət edib.
Akademiyanı bitirən məzunlara korrupsiyaya qarşı mübarizə üzrə mütəxəssis adı verilməsi ilə bağlı müvafiq diplomlar təqdim olunub.
Bundan başqa, Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə üzrə Sertifikatlaşdırılmış Ekspertlər Assosiasiyasının müvafiq imtahanını uğurla keçmiş Kamal Cəfərov çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə ekspert sertifikatına da layiq görülüb.
Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış ekspertlərin hazırlanması istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

