Fitnə” filminin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub
10.12.2016 [11:48]
Dekabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və məsul şəxsləri, akademiyanın pedaqoji kollektivi və tələbələri iştirak ediblər.
Əvvəlcə sənədli film nümayiş etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dini radikalizmlə mübarizədə təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür. Filmdə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanıb. Rektor “Fitnə” filminə müxtəlif qurumlarda, xüsusilə də ali təhsil ocaqlarında kütləvi baxışların keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Natiq “Fitnə” filminin nümayişinin gənclərin maarifləndirilməsində əhəmiyyətli olduğunu vurğulayıb. Bu filmin gənclərimizin milli-mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından mühüm olduğunu qeyd edib.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Komitə tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır. O, Azərbaycanda heç zaman dini və məzhəb ayrı-seçkiliyinin müşahidə olunmadığını diqqətə çatdırıb. Dövlətin dinə qayğısından danışan M.Qurbanlı hazırda ölkəmizdə 2 mindən artıq məscidin fəaliyyət göstərdiyini bildirib. Xurafat və dini radikalizmin təhlükəli olduğunu bildirən Komitə sədri ölkəmizdə dini ekstremizm və radikalizmlə mübarizə tədbirlərindən danışıb.
M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur. Həmin radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etmək üçün çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir. M.Qurbanlı belə maarifləndirici sənədli filmlərin radikal qruplara qoşulanların sayının azalmasına təsir göstərdiyini bildirib.
Tədbir film ətrafında müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

