Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
13.08.2016 [10:17]
Dövlətimizin başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə, ən müasir beynəlxalq tələblər səviyyəsində seçilməsi prosesi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu ilin iyununda 800-dən çox hakimliyə namizəd vahid zalda test imtahanı verib. İmtahanda müvəffəqiyyət qazanaraq növbəti mərhələyə buraxılmış 359 namizədlə avqustun 12-də yazılı imtahan keçirilib.
Şəffaflığın təmin edilməsi məqsədilə vahid auditoriyada - Bakı İdman Sarayında təşkil olunan imtahanı beynəlxalq və yerli QHT-lər, habelə hüquq müdafiə təşkilatlarından 20-dək müşahidəçi, mətbuat nümayəndələri izləyiblər. Eyni zamanda, imtahan prosesi Məhkəmə-Hüquq Şurasının internet saytı (jlc.gov.az) vasitəsilə “online” rejimində birbaşa yayımlanıb.
Hakimlərin seçilməsi qaydalarına uyğun olaraq, imtahan başlamazdan əvvəl Məhkəmə-Hüquq Şurasının imtahan binasında keçirilən iclasında hazırlanacaq imtahan suallarının sayı ilə bağlı qərar qəbul edilib. Sonra Hakimlərin Seçki Komitəsi qapalı iclas keçirərək sualları hazırlayıb. Suallar dərhal imtahan zalına gətirilib. Namizədlər bu suallardan təsadüfi yolla, lototron vasitəsilə biri cinayət, biri isə mülki sahəyə aid olmaqla ikisini seçiblər.
Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, qanunun məzmununu dolğun açmaq və onun səlis izahını vermək, kazusları həll etməklə qoyulmuş məsələlərə düzgün qiymət vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Tam anonim olan cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirildikdən sonra nəticələr elan ediləcək.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50

