“Qazandığım uğur əziyyətli günlərimi unutdurdu”
28.07.2016 [10:05]
Xəbər verildiyi kimi, iyulun 23-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.
Qeyd edək ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılıb. Eləcə də imtahanda iştirak edən 28.242 abituriyentdən 22 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanın idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 445 nəzarətçi-müəllim, o cümlədən ASAN Xidmətin 88 könüllüsü zal nəzarətçisi qismində cəlb olunub.
İmtahanda II ixtisas qrupu üzrə iki oğlan abituriyent, III ixtisas qrupu üzrə də iki oğlan abituriyent onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə əldə edib - 700 bal toplayıb.
II ixtisas qrupu üzrə maksimum nəticə əldə edən abituriyentlərdən biri də Hüseynov Fərid Nazim oğludur. 1999-cu ildə Bakı şəhərində anadan olan F.Hüseynov Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunudur. Ailəsinin böyük oğlu olan Fərid gələcəkdə kiçik qardaşının da onun uğurunu davam etdirəcəyinə inandığını söyləyib. Əldə etdiyi nəticədən qürur duyduğunu bildirən F.Hüseynovun sözlərinə görə, düzgün motivasiya və sistemli çalışaraq hər bir abituriyent bu nəticəni əldə edə bilər: “Sualları 1 saat yarım ərzində çox rahatlıqla cavablandırdım. 700 bal topladığımı öyrənəndə çox sevindim. “Biznesin təşkili və idarə edilməsi” ixtisasını seçməyi düşünürəm.
Uşaqlıqdan dərslərimi oxumağa xüsusi səy göstərmişəm. Oxuduğum məktəbdə təhsil səviyyəsi olduqca keyfiyyətli olduğu üçün evdə sadəcə bildiklərimi təkrar etməklə kifayətlənirdim. Heç şübhəsiz, üzərimdə əməyi olan dəyərli müəllimlərimin də rolu əvəzsizdir. Hər dəfə yeni bir bilgi əldə edəndə dostlarımla diskussiyalar aparmışıq. Sınaqlardan topladığım nəticələr məni daha çox ümidləndirirdi ki, mən də 700 bal toplaya bilərəm. Məndən öncəki abituriyentlərə baxıb həmişə onlar kimi yüksək nəticə əldə etməyi arzulayırdım. Nəhayət ki, buna nail oldum və ailəmin ümidlərini doğrulda bildim”.
Xatırladaq ki, Fərid Hüseynovun ən yaxın dostu olan Ağayev Tural Şəfahət oğlu bu il iyulun 15-də I ixtisas qrupu üzrə imtahan verib və maksimum nəticə əldə edib - 700 bal toplayıb.
Hər ikisi də Türkiyə Dəyanət Vəqfi-Bakı Türk Liseyinin məzunudur. F.Hüseynovun dediyinə görə, dostunun əldə etdiyi nəticə onu daha da ruhlandırıb: “Tural ilə paralel siniflərdə oxuyurduq. Hər ikimizin də məqsədimiz 700 bal toplayıb, oxuduğumuz məktəbin adını ucaltmaq olub. Nəhayət ki, istədiyimizə çatdıq”.
III ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri də İsayev Elvin Manaf oğludur. O, 1998-ci ildə hərbçi ailəsində anadan olub. Kiçik yaşlarından hər zaman dərslərinə olan məsuliyyəti və marağı ilə seçilən E.İsayevin dediyinə görə, təhsilə marağının yaranmasında ailəsinin çox böyük rolu olub. Boş vaxtlarında mütaliə ilə məşğul olan Elvin məktəbdə tədris olunan bütün fənləri yaxşı oxumağa çalışıb. Hələ ki, seçəcəyi ixtisası dəqiqləşdirmədiyini deyən E.İsayev sevincini öncə ailəsi, sonra isə məzunu olduğu Bakı şəhəri, 220 saylı məktəb-liseyindəki müəllimləri ilə bölüşüb: “700 bal topladığım üçün çox sevincliyəm. Sonuncu sınaqdan da topladığım 700 bal məni daha da ruhlandırsa da, daim öz üzərimdə çalışırdım. Dərslərimi sistemli şəkildə oxumağa cəhd edirdim. Xüsusilə də, yuxu rejimimə diqqət yetirməyə çalışırdım. Atam ehtiyatda olan hərbçidir. Evimizdə hər zaman nizam-intizam olub. Atamın arzusu 700 bal toplamağım idi. Çox sevinirəm ki, bir övlad kimi onlara layiq ola bildim. Valideynlərimin qürurverici sözləri və qohumlarımın sevinci, demək olar ki, bütün əziyyətli günlərimi unutdurmuş oldu”.
Xatırladaq ki, ixtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

