III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları Lahıcda
26.07.2016 [09:48]
Prezident İlham Əliyevin tövsiyəsi əsasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları iyulun 23-də İsmayıllının Lahıc qəsəbəsində olublar.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tələbələrə Lahıcın tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, Lahıc XVIII-XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq kimi məmulatlar Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hazırda dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.
XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.
Lahıclılar indi də əsasən misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və digər peşələrlə məşğuldurlar.
Lahıc qəsəbəsinin ən möhtəşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Lahıca dünyanın hər yerindən turistlər gəlir.
Lahıc öz unikal təbiəti və qədim xalq tətbiqi sənətinin ən müxtəlif istiqamətlərini özündə ehtiva edən əl işləri ilə tələbələrin böyük marağına səbəb olub.
2016-cı ilin Prezident İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan olunması münasibətilə keçirilən silsilə tədbirlərdən biri də “ASAN Könüllüləri” Təşkilatı tərəfindən Lahıcda təşkil olunan “Həmrəylik düşərgəsi” layihəsidir. Beynəlxalq Multikulturalizm məktəbinin iştirakçıları proqram üzrə Lahıc qəsəbəsi ilə tanış olduqları zaman Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “ASAN xidmət”lə əməkdaşlıq müqaviləsinə əsasən hər iki layihənin iştirakçıları bir-biri ilə görüşüb, multikulturalizm məktəbinin iştirakçıları “ASAN” Könüllülərinin düşərgəsini gəzib, fəaliyyətləri ilə əlaqədar söhbətləşib və birgə müxtəlif xalqların musiqilərini canlı ifa ediblər.
Günün ikinci yarısında Azərbaycan Milli Konservatoriyasının müəllimi Türkər Qasımzadənin “Multikulturalizm Azərbaycan musiqisində” mövzusunda mühazirəsi dinlənilib. Musiqili videoçarxın müşayiəti ilə söylənilən mühazirədə vurğulanıb ki, özündə folklor musiqisi, muğam, bəstəkar musiqisi, caz, rok və pop janrını birləşdirən Azərbaycan musiqisində multikulturallıq elementləri kifayət qədər öz əksini tapıb. Mühazirəçi bildirib ki, folklor musiqisinin sevilən istiqamətlərindən olan bəzi saz havaları, eləcə də müxtəlif etnik qruplara aid “Halay”lar, “Yallı”, mərasim havaları Azərbaycan musiqisində özünü aydın şəkildə göstərən multikulturallıq elementləridir. Azərbaycanla yanaşı, İran, İraq, Türkiyə, Ərəb ölkələri, Özbəkistan, Türkmənistan kimi ölkələrdə də geniş yayılan muğam musiqisi də özündə xeyli multikulturalizm təzahürlərini birləşdirib.
Bildirilib ki, Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Koroğlu” operalarında, Qara Qarayevin “Yeddi gözəl” baleti, “Don Kixot” simfonik qravürü, “Vyetnam süitası”, “Alban rapsodiyası”, Fikrət Əmirovun “Şur”, “Kürd Ovşarı” simfonik muğamları, “Min bir gecə” baleti Azərbaycan musiqisində multikulturalizmi təcəssüm etdirən parlaq nümunələridir. Mühazirəçi bildirib ki, görkəmli Azərbaycan cazmenləri Vaqif Mustafazadə və Rafiq Babayevin, milli estradamızda özünəməxsus yer tutan Rəşid Behbudov, Müslüm Maqomayev kimi ifaçıların yaradıcılığında da multikulturalizm ənənələri musiqinin dili ilə öz ifadəsini tapıb.
Mühazirə tələbələr tərəfindən maraqla qarşılanıb. T.Qasımzadə yay məktəbi iştirakçılarının bu mövzuda suallarını cavablandırıb.
Günün sonunda tələbələr “Milli rəqslər axşamı” mədəni proqramı ilə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

