/ / AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
21.07.2016 [09:42]
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib. MEK-in təşkilatçılığı ilə baş tutan “Postmodern cəmiyyətdə kitab və media milli identifikasiyanı təmin edən vasitə kimi” adlı tədbirdə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, millət vəkili Hikmət Babaoğlu məruzə edib.
Tədbiri giriş sözü ilə açan MEK-in Beynəlxalq və ictimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü 141 illik şərəfli yol keçmiş Azərbaycan jurnalistikası haqqında fikirlərini söyləyib. Azərbaycan ziyalılarının fəaliyyətində mətbuatın və kitabxana işinin mühüm yer tutduğunu vurğulayan M.Göyüşlü mətbuat və kitab mövzusunun bu gün də aktual olduğunu bildirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, millət vəkili Hikmət Babaoğlu qloballaşan dünyada başlıca idarəetmə vasitəsi olan informasiyanın milli dəyərlərin formalaşmasına ciddi təsir etdiyini bildirib. Millət vəkili hər bir ölkənin milli mətbuat məkanının təhlükəsizliyinin təmin olunmasının milli maraqlar baxımından prioritet istiqamət olduğunu bildirib: “Əldə edilən informasiyalar fərdlərin davranışlarını, fərdlərin davranışları ictimai şüuru müəyyən edir. İctimai şüur isə, öz növbəsində, ictimai dəyərləri yaradır. Bu şəraitdə istehlak edilən informasiya bilavasitə dəyərlərin formalaşmasına təsir edən vasitəyə çevrilir. Bu zaman qlobal dəyərlər meydana çıxır”.
Sonra çıxış edən Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova Azərbaycan jurnalistlərini 22 iyul - Milli Mətbuat Günü münasibətilə təbrik edib. Daha sonra direktor bildirib ki, MEK Azərbaycana aid informasiyanı emal edir, toplayır və onu istifadəçilərin ixtiyarına verir.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44

