Gəncədə Türkiyədəki terror qurbanlarının xatirəsi yad edilib
01.07.2016 [10:09]
“Türkiyə növbəti dəfə qanlı terrorla üz-üzə qaldı. Həmişə olduğu kimi, Azərbaycan xalqı bu çətin günlərdə qardaş ölkənin yanında olduğunu bir daha nümayiş etdirdi”.
Bu fikirlər Türkiyənin Gəncədəki Baş Konsulluğunda iyunun 28-də Atatürk Beynəlxalq Hava Limanında baş verən terror hadisəsi zamanı həlak olanların xatirəsi yad olunarkən səsləndirilib.
AZƏRTAC xəbər verir ki, anım mərasimində şəhər rəhbərliyi, ziyalılar, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qanlı terrorda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimdə çıxış edən Baş Konsulluğun vitse-konsulu Demir Efendi terror hücumu nəticəsində 42 nəfərin həlak olduğunu, 239 nəfərin isə yaralandığını diqqətə çatdırıb.
Vitse-konsul heç bir terrorun Türkiyəni öz mövqeyindən döndərə bilməyəcəyini deyib və bu kədərli günlərdə dəstək olduqları üçün Azərbaycan xalqına, mərasim iştirakçılarına təşəkkürünü bildirib.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev terroru lənətləyərək deyib ki, Türkiyənin kədəri kədərimiz, sevinci sevincimizdir. Hər birimiz qardaş ölkənin acısını paylaşır, ölənlərə Allahdan rəhmət diləyir, yaralılara tezliklə sağalmalarını arzulayırıq.
Mərasimdə çıxış edənlər terror aktını pisləyib və türk xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.
Daha sonra mərasim iştirakçıları xatirə kitabına ürək sözlərini yazıblar.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17

