Fədakar elm xadimi, möhkəm əqidəli insan
29.06.2016 [10:04]
YAP Siyasi Şurasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 75 yaşı tamam olub
İyunun 15-də Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru, Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun 75 yaşı tamam oldu. Qeyd edək ki, 1941-ci ildə Azərbaycanın ən füsunkar guşələrindən birində - Kəlbəcər rayonunda anadan olmuş Şahlar Əsgərov 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə daxil olub. 1963-cü ildə həmin fakültəni bitirib və 1964 -1967-ci illərdə ADU-nun əyani aspirantı kimi Leninqrad Sabit Cərəyan İnstitutunda elmi iş üzərində çalışıb. Aspiranturanı bitirdikdən sonra ömür yolunu universitetlə bağlayaraq əvvəlcə müəllim, sonra dosent, dekan müavini və prorektor vəzifələrində çalışıb. Elmi tədqiqatlarını BDU-da uğurla davam etdirən Şahlar Əsgərov 1992-ci ildə Bakı Dövlət Universitetində “Toxunma sərhədinin qeyri-bircinslilik dərəcəsinin metal-vakuum və metal-yarımkeçirici strukturlarının elektrofiziki xassələrinə təsiri” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1993-cü ildən BDU-nun professorudur. 1995-2005-ci illərdə Milli Məclisin deputatı, 2000-2005-ci illərdə Milli Məclisin Elm və təhsil daimi komissiyasının sədri olub.
Şahlar Əsgərovu cəmiyyətə daha yaxından tanıdan amillərdən biri onun 1990-cı illərin əvvəlində bir ziyalı olaraq ölkəmizin üzləşdiyi problemlərə görə narahatlıq keçirməsi və problemlərdən qurtulmaq üçün millətimizin dəyərli oğlu Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi uğrunda apardığı mübarizə idi. Belə ki, Şahlar müəllim məşhur “91-lər”in nümayəndəsidir. O zaman Azərbaycanın bir çox ziyalısı kimi Ş.Əsgərov da ölkəmizin üzləşdiyi çətinliklərdən yeganə xilas yolunu Ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsində görürdü. Bu səbəbdən də o, Ulu öndər Heydər Əliyevə müraciət edən ziyalıların sırasına qoşulub və bu işin təşkilatçılarından biri olub. “Zaman göstərdi ki, biz öz fikrimizdə yanılmamışıq” - deyən Şahlar müəllim Yeni Azərbaycan Partiyasının yaranma tarixini belə xatırlayır: “O illərdə YAP-ın yaradılması tarixi zərurət idi. Naxçıvanda YAP-ın təsis konfransını keçirildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP qısa müddətdə təşkilatlanaraq ümumxalq partiyasına çevrildi. Əlbəttə ki, YAP-ın gücü Heydər Əliyev şəxsiyyəti, Onun ideyaları ilə bağlı idi. Bu səbəbdən yarandığı ilk vaxtlarda minlərlə insan YAP-ın sıralarına qoşulurdu. Ovaxtkı AXC-Müsavat hakimiyyəti bu axının qarşısını ala bilmirdi. Yarandığı gündən indiyə qədər YAP aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərib”.
Ş.Əsgərov o vaxt hakimiyyətin ciddi təzyiqləri ilə üzləşdiklərini belə xatırlayır: “Biz “91-lər” ciddi təzyiqlərlə qarşılaşırdıq. Xatırlayın, o zaman nazirlərdən biri deyirdi ki, olmasın Azərbaycanda 500 ziyalı, onların hamısını qıracağam. Biz “91-lər” olaraq, Naxçıvana YAP-ın təsis konfransına gedəndə üç-üç, dörd-dörd gedirdik. Hamımız bir təyyarə ilə uçmadıq, çünki təyyarəni partlada bilərdilər. Beləliklə, Ulu öndər Heydər Əliyev Azərbaycanın ağır zamanlarında hakimiyyətə qayıdaraq xalqımızı bəlalardan xilas etdi. Və çox sevinirəm ki, bu gün hörmətli Prezidentimiz İlham Əliyev Ulu öndərimizin siyasətini uğurla davam etdirir, Azərbaycanımız gündən-günə inkişaf edir, çiçəklənir”.
Ş.Əsgərovun həyatında ən əlamətdar, yaddaqalan hadisələrdən biri də Ulu öndər Heydər Əliyevin onu “Şöhrət” ordeni ilə təltif etməsidir. Şahlar müəllim bu gün elmi fəaliyyətini də uğurla davam etdirir. 1993-cü ildən BDU-nun professoru olan Şahlar Əsgərov elmi fəaliyyəti dövründə bir sıra böyük və ciddi uğurlara imza atıb. Onun elmi yaradıcılığını 3 istiqamətdə qruplaşdırmaq mümkündür:
- ionlarla bərk cismlərin bombardmanı zamanı müşahidə olunan proseslərin (katod tozlanması) öyrənilməsi;
- metal-yarımkeçirici kontaktı üzrə araşdırmalar;
- sosial fəlsəfə və pedaqogika.
Yeri gəlmişkən, alçaq enerjili civə ionları ilə bir çox metalların katod tozlanmasını və bir çox metal-civə cütü üçün astana enerjisinin qiyməti məhz Şahlar Əsgərov tərəfindən dəqiqliklə ölçülmüşdü. Bəzi mütəxəssislər bunu keçən əsrin ən dəqiq təcrübələrindən biri sayır. Məlumdur ki, orijinal elmi işlərin ömrü orta hesabla 4-6 il olur. Elm sürətlə inkişaf etdiyi üçün, sonrakı illərin tədqiqatları əvvəlki elmi nəticələrə kölgə salır və orijinal işlər tez qocalır. Çox nadir işlər uzunömürlü olur və klassik elmi iş statusu alır. Professorun hələ 45 il öncə əldə etdiyi nəticələri bu gün “NASA” və AİAA (Amerika Aeronavika və Astronavika İnstitutu) öz tədqiqatlarında, həmçinin kosmik tədqiqatlarda geniş istifadə edirlər. Bu isə onu göstərir ki, Şahlar müəllimin elmi işləri kölgədə qalan deyil, uzunömürlüdür. XX əsrdə raketlər kimyəvi yanacaqla işləyirdisə, XXI əsrdə onları ion mühərrikləri əvəz edəcək. Hal-hazırda kosmosa aparatların çıxarılmasında bu mühərriklərin rolu getdikcə artır. Bu mühərriklərin ömrünü uzatmaq üçün Ş.Əsgərovun elmi işləri müstəsna əhəmiyyət daşıyır. Bu elmi araşdırmaları ilə Şahlar Əsgərov dünya üzrə 10 alim sırasında layiqli yer tutub.
Qeyd etmək lazımdır ki, professor Ş.Əsgərov “Qeyri-bircins metal-yarımkeçirici kontaktın fizikası”nın yaradıçılarından biri olduğu üçün onun əməyi xarici həmkarları tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Moldova və Ukrayna Elmlər Akademiyası alimlərinin birgə yazdıqları monoqrafiyada (E.F.Venqer, R.V.Konakova, Q.S.Korotçenkov, V.V.Milenin, G.V.Russu, İ.V.Prokopenko, “Mejfaznıe vzaimodeystviə i mexanizmı deqradaüii v strukturax metall- İnP i metall- GaAs) bu elmin formalaşmasına və inkişafına töhfə vermiş S.M.Zi (ABŞ), E.Roderik (Böyük Britaniya), A.B.Rjanov (RF) kimi dünya şöhrətli alimlər sırasında Şahlar Əsgərovun da adı çəkilir.
Ş.Əsgərov həmçinin Ulu öndər Heydər Əliyevin söylədiyi müdrik kəlamları, fəlsəfi fikirləri toplayaraq, 1997-ci ildə üç kitab (“Müstəqillik yolu”, “Aforizmlər” və “Quotations, Aforizmı, Aforizmlər”) çap etdirib. Onun yazdığı “Keçid dövrünə fəlsəfi baxış” kitabı (Bakı, 1998) böyük oxucu rəğbəti qazanıb. Tanınmış alimin fəlsəfi mövzulara həsr olunmuş “Milli birlik probleminə fəlsəfi baxış” (2001), “Toplantının fəlsəfəsi”, “Heydər Əliyevin liberal-maarifçilik ideyaları” (2005), “Heydər Əliyevin fəlsəfəsi” (2004), “Tarixi şəxsiyyət” (2003), “Konfliktlərin qloballaşması” (2001), “Səkkizguşəli ulduz” (2003), “Birliyin mayası haqq-ədalətdir” (Bakı-1998), “Hamımızın bir vətəni var, bu da Azərbaycandır” (Bakı-2000), elmi, fəlsəfi, publisistik kitabları, həmçinin “Təhsilimiz dünən, bu gün və sabah” (2003), “Düşüncə tərzi” (2008) və digər əsərləri özünün yüksək ideya-məzmunu, analitik səviyyəsi, aktuallığı, problemlərə yanaşma üslubu, mənəvi-əxlaqi dəyərləri önə çəkməsi ilə diqqəti cəlb edir. Son zamanlar Ş.Əsgərovun tədqiqatlar apardığı digər sahə isə sosial fəlsəfə və pedaqogikadır. Bu istiqamətdə aparılan tədqiqatların nəticəsi kimi, “Biliyin qiymətləndirilməsinin yeni şkalası”, “Biliyin qiymətləndirməsinin yeni kriteriyası”, “Pedaqogika üçün yeni paradiqma” və “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” məqalələri 2009-2010-cu illərdə Rusiya Federasiyasının mötəbər jurnallarında çap olunub. Bu məqalələrdə biliyin qiymətləndirilməsinin yeni modeli və yeni qiymətləndirmə meyarı təklif edilir. Professor Ş.Əsgərov elmi məktəbi olan alimlərimizdəndir. Bu səbəbdən də onun elmi fəaliyyəti haqqında məlumat Rusiya Federasiyasında çap olunan “Rossiyskie nauçnıe şkolı” (t.3, str. 32, Moskva, 2010) kitabında verilib, elmi məktəbin banisi kimi “Nauçnae şkola imeni Ş.Q.Askerova” sertifikatı ilə təltif edilib. Həmçinin onun elmi fəaliyyəti və tərcümeyi-halı “Vıdaöhiysə uçenıe Rossii” ensiklopediyasının 6-cı cildinə daxil edilib.
BDU-nun “Fiziki elektronika” kafedrasının professoru Ş.Əsgərov bir neçə beynəlxalq akademiyaların (“Rossiyskaə Akademiə Estestvoznaniə”, “Akademiə pedoqoqiçeskix i soüialğnıx nauk” “Beynəlxalq Elmi İnkişaf Şurasının/ Beynəlxalq Elmlər Akademiyası”nın (BEIŞ/BEA) üzvüdür. O, BEIŞ / BEA həqiqi üzvü olmaqla bərabər, həm də həmin akademiyanın qızıl medalının laureatıdır.
“Yeni Azərbaycan” qəzeti olaraq Şahlar müəllimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona cansağlığı, işlərində uğurlar arzulayırıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35

