Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub
24.06.2016 [10:01]
İyunun 23-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının 2016-cı il buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların yaxınları iştirak ediblər.
Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edən müdafiə nazirinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev əlamətdar gün münasibətilə müdavimləri və onların valideynlərini Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edib. Kərim Vəliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı olan Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı nəticəsində Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir. Bu gün ordu quruculuğu dövlətimizin başçısının diqqət mərkəzindədir. Ordunun döyüş hazırlığı səviyyəsinin artırılması, onun müasir hərbi texnika və vasitələrlə gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, apreldə baş verən hərbi əməliyyatlar dövlətimizin və Ordumuzun gücünü düşmənə və bütün dünyaya nümayiş etdirdi. Düşmən təxribatlarının qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələrinin keçirdiyi əks-hücum əməliyyatı nəticəsində işğal altındakı mühüm əhəmiyyətə malik yüksəkliklər azad edildi. Bu döyüşlərdə zabit və əsgərlərimizin göstərdiyi rəşadət xalqımızın yaddaşında həkk olundu. Aprel hadisələri zamanı Silahlı Qüvvələrimizə ən yüksək qiyməti Ali Baş Komandan İlham Əliyev verdi. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin şəxsi heyəti verilən əmrləri böyük ruh yüksəkliyi ilə dəqiq yerinə yetirir.
Kərim Vəliyev deyib: “Düşmən artıq hiss edir ki, Azərbaycan Ordusu hər sahədə ondan üstündür, əsgərlərimizin və zabitlərimizin Vətənə, xalqa məhəbbəti, dövlətə sədaqəti hədsizdir. Gənc zabitlər xidməti dövründə xalqımıza və dövlətə şərəflə xidmət etməli, torpaqlarımızın işğaldan azad edilməsinə hazır olmalı, Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək, onun suverenliyini qorumaq üçün bacarıqlarını əsirgəməməlidirlər”.
Müdafiə nazirinin müavini Silahlı Qüvvələrimizin sıralarına daxil olan gənc zabitlərin hazırlanmasında böyük əməyi olan professor-müəllim heyətinə göstərdikləri qayğıya görə təşəkkür edib.
Kərim Vəliyev diplom və “leytenant” rütbəsi almaları münasibətilə kursantları təbrik edib, onlara Azərbaycanın gələcəyi, ordumuzun, dövlətçiliyimizin müdafiə qüdrətinin daha da yüksəldilməsi naminə xidmətlərində uğurlar arzulayıb.
Sonra ali hərbi məktəbi fərqlənmə ilə bitirən məzunlara diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Məktəbi fərqlənmə ilə bitirən məzunlar üzərində ulduz və aypara təsviri olan emblemləri rəmzi yaş kötüklərinə vurublar.
Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvili və qəbulu olub.
Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib.
Sonda kursantlar təntənəli hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35

