Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim edilib
21.06.2016 [10:10]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, “ADA” və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” (The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında keçirilən təqdimatda Milli Məclisin, beynəlxalq təşkilatların, səfirliklərin, vətəndaş cəmiyyətinin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Tədbiri açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir. O deyib: “Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan kimi deyə bilərəm, bu nəşr istər yaradıcılıq, istərsə də peşəkarlıq baxımından yeganə vəsaitlərdən biridir ki, onu oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur. “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən aydınlığa doğru inkişafında insan amilinin maliyyə amilindən üstün olması fikrini formalaşdırır. “Kasıbların bankiri” kitabını insan iradəsinin manifesti adlandıran İsa Həbibbəyli deyib: “Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər bu kitabdan çıxarılan əsas nəticələrdir”.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli bildirib ki, Məhəmməd Yunusu nadir alimlərdən biri edən, ona Nobel qazandıran ən böyük üstünlük onun dəyişikliyə inamı olub. “Siz bankların kasıb insanlarla işləyə biləcəyinə, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısınız. Azərbaycanı da bugünkü inkişaf səviyyəsinə gətirən həmin inamdır. 1990-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5 faizdən də aşağı səviyyəyə endirilib, - deyə nazir müavini qeyd edib.
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının baş icraçı meneceri Timoti Tarrant Məhəmməd Yunusun Bakıya səfər etməsini çox yüksək qiymətləndirib, dünya iqtisadçılarının məhz onun araşdırmalarından ilhamlandığını bildirib.
Kitabının Azərbaycan dilinə tərcümə edilməsindən məmnunluğunu bildirən Məhəmməd Yunus Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində atılan addımları yüksək qiymətləndirib. “Kitabın Azərbaycan dilində tərcümə olunmasında zəhmət çəkən hər bir şəxsə təşəkkür edirəm. Əslində bu kitabı yazanda onun bu qədər maraqla qəbul ediləcəyini gözləmirdim. Lakin reaksiyalar məni də təəccübləndirdi. İnkişafı davamlı olan Azərbaycan cəmiyyətinin də “Kasıbların bankiri” kitabından yüksək səviyyədə yararlanacağına ümid edirəm. Biz bu kitabda bir çox vacib məqamlara toxunmuşuq. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.
Yoxsulluğun sıfır səviyyəsinə endirilməsindən sonra gələcəkdə yoxsulluğun muzeyinin yaradılacağını deyən M.Yunus bildirib ki, Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb.
Mərasimdə professor Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim olunub.
Qeyd edək ki, bu mükafat indiyə qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim edilib. Ali mükafat dünya miqyasında vətəndaş cəmiyyətinin inkişafına, beynəlxalq səviyyədə sosial, iqtisadi nailiyyətlər qazanılmasına töhfə verən, dünya elminin inkişafında rol oynayan, münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim edilir.
Xəbər lenti
Hamısına baxİdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02

