“Azərbaycan Nadir Əfşar dövləti” toplusunun türk dilində nəşrinin təqdimatı olub
21.04.2016 [10:06]
Aprelin 20-də Bakı Avrasiya Universitetində “Azərbaycan Nadir Əfşar dövləti” toplusunun türk dilində nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, topluda akademik Ramiz Mehdiyevin redaktoru olduğu “Nadir şah Əfşar-diplomatik yazışmalar” və Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” əsərləri yer alıb.
Bakı Avrasiya Universitetinin prorektoru, professor Gülzar İbrahimova Azərbaycan tarixi irsinin öyrənilməsində bu əsərlərin əhəmiyyətini qeyd edib.
“Azərbaycan Nadir Əfşar dövləti” kitabının müəllifi Cahangir Hüseyn Əfşar Nadir şahın həyatı və fəaliyyəti barədə danışaraq bildirib ki, əsərin türk dilində nəşr olunmasının məqsədi Azərbaycan tarixinin Türkiyədə təbliğ edilməsidir. Müəllif əsərin Azərbaycan dilində nəşrinin böyük marağa səbəb olduğunu və geniş oxucu kütləsi qazandığını söyləyib. Bildirilib ki, kitabın Azərbaycan dillındə ilk nəşri 2014-cü ildə çapdan çıxıb və Nadir şahın anadan olmasının 325 illiyinə, Əfşar dövlətinin yaranmasının 280-ci ildönümünə həsr edilib. Cahangir Hüseyn Əfşar vurğulayıb ki, Təbriz, İstanbul, Ankara, Moskva, Vatikan şəhərlərinin arxivlərində işləməklə kitabın Azərbaycan dilində variantını hazırlayıb. Əfşarlar nəslinin nümayəndəsi kimi, dünyanın müxtəlif yerlərində olan tarixi sənədləri toplayıb, Nadir şahın diplomatik yazışmalarını əldə edib.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı, “Nadir şah Əfşar-diplomatik yazışmalar” kitabının tarixi qeydlər, şərhlər və arayışlar bölməsinin müəllifi Eldar Əmirov qeyd edib ki, Nadir şah Əfşar Azərbaycan tarixində, ümumiyyətlə, Yaxın Şərq və dünya tarixində böyük sərkərdələrdən və dövlət xadimlərindən biridir. Bu il Nadir şah Əfşar imperiyasinin yaradılmasının 280 illik yubileyidir. Ötən illərdə bir çox Azərbaycan tarixçiləri tərəfindən bu hadisə ilə bağlı bir sıra nəşrlər hazırlanıb. Bunların arasında iki nəşri xüsusilə qeyd etmək lazımdır. Bu nəşrlərdən biri akademik Ramiz Mehdiyevin redaktəsi ilə fars dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Nadir şah Əfşar-diplomatik yazışmalar” əsəri, digəri isə Cahangir Hüseyn Əfşarın “Azərbaycan Nadir Əfşar dövləti” haqqında olan monoqrafiyasıdır.
E.Əmirov bildirib ki, hazırda kitabın digər dillərə tərcüməsi ilə bağlı iş gedir. Türk dilinə tərcümə bu sahədə ilk addım idi. Bu sənədlərin ingilis dilinə və Avropanın digər aparıcı dillərinə də çevrilməsi vacibdir. Çünki bu, “Nadir şah Əfşar” mövzusunun daha geniş auditoriyaya çıxışını təmin edə bilər.
Təqdimat mərasimində Azərbaycan tarixinin Nadir şah dövründən bəhs edən film nümayiş olunub.
Türkoloq Seyfəddin Altaylı, Bakı Dövlət Universitetinin professoru Vüqar Məmmədov, tarix elmləri doktoru İlham Həsənov və başqaları “Azərbaycan Nadir Əfşar dövləti” kitabının çox dəyərli töhfə olduğunu vurğulayıblar.
Qeyd olunub ki, müəllif bu əsərdə Azərbaycan Əfşar dövlətinin əsasını qoymuş Nadir şah Əfşarın həyatını, bir dövlət adamı kimi xarici və daxili siyasətini, sərkərdəlik məharətini, hərbi yürüşlərini, ordu quruculuğunu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsünü türk dövləti və imperiyasının dörd min illik tarixi mənbələrı əsasında qələmə alaraq Şərqin bu sonuncu fatehinin tarixdəki yerini və rolunu olduğu kimi yazmağa cəhd göstərib.
Xəbər lenti
Hamısına baxDünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54

