Bu gün Su çərşənbəsidir
23.02.2016 [09:33]
Bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08:30 radələrində baş verəcək. Bunu AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov əməkdaşımızla söhbətində bildirib. Onun sözlərinə görə, həmin gün Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək. Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir. Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq. Həmin andan etibarən, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyun ayının 21-nə qədər davam edəcək. Beləliklə, fevralın 23-də ölkəmizdə, eləcə də bütün Türk dünyasında baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi martın 15-də isə son çərşənbə qeyd olunacaq.
İnanclara görə, insan və kainat 4 ünsürdən - su, od, külək və torpaqdan yarandığı üçün hər ilin əvvəlinə dörd çərşənbə gətirilib və bu çərşənbələrin sonuncusu gecə-gündüzün bərabərləşməsindən - Novruz bayramından əvvəl qeyd olunub. Beləliklə, Novruz çərşənbələri yaranıb. Və hər çərşənbəyə də müvafiq olaraq, su, od, külək və torpaq çərşənbəsi adını veriblər.
Yazılı folklor nümunələrimizdə göstərilir ki, Su çərşənbəsində qızlar əllərinə, ayaqlarına xına yaxar, bəzənib-düzənərlər. Məxsusi olaraq, qabaqcadan bayram üçün aldıqları təzə paltarlarını geyinər, səhər tezdən bəzəkli dolça, güyüm, sənəklərini çiyinlərinə alıb bulaq başına gedərlər. Qızlar bulaq başında axar suyun üzərindən tullanarlar. Bu zaman azar-bezarlarının suya tökülməsini - su ilə yuyulub getməsini istəyərlər. Həmçinin Su çərşənbəsi günü gənc qızlar ətəklərinə xırda daşlar yığar, suyun üstündən tullanan zaman daşları suya atmaqla, xəstəliklərinin suda məlhəm tapmasını, arzularının reallaşmasını diləyərlər. Elə həmin gün su üstündə bir sıra ayinlər icra edilir. Səsi batanlara, danışa bilməyənlərə bu sudan içirirlər. Adamlar elə buradaca ilboyu günah işlətməyəcəklərinə, ancaq və ancaq yaxşılıq edəcəklərinə and içirlər. Mərasim suyun başına dövrə vuran adamların aşağıdakı nəğməsi ilə başa çatır:
Sel çapar, su çapar,
Bir günah işlətdim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar.
Qədim inanclarda su həm də sağlamlığın rəhni hesab edilirdi. Adətə görə, Su çərşənbəsində çay, arx, su dəyirmanı üstə gələnlər əyilib əllərinə su götürər, bir-birinin üzünə su atıb isladarlar ki, su onların azar-bezarını və günahını yuyub aparsın. “Bu, mübarək sudu”, - deyərlər. Təzə sudan gətirib evin dörd küncünə, həyət-bacaya, mal-qaranın üstünə çiləyərlər. İnsanlar bununla ilin ruzi və bərəkətli olacağına inanarlar. Qucaqdakı körpələri, qoca və xəstələri də su üstündən hoppandırarlar ki, salamatlıq, əmin-amanlıq, xoşbəxtlik olsun.
Qız ürəyi kimi təmiz, büllur kimi saf, hava kimi şəffaf, buz kimi sərin suyun rəmzi olan Su çərşənbəsi axşamı insanlar süfrə açar, aş bişirər, süfrəyə balıq və kuzədə su qoyardılar. Bəzi yazılı mənbələrdə Su çərşənbəsinə həm də “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər. Növbəti çərşənbələr martın 1 və 8-i, axır çərşənbə isə martın 15-də qeyd olunacaq.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

