Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü qeyd edilib
20.02.2016 [09:48]
Fevralın 19-da Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 11-ci ildönümü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Sahil Mühafizəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyev İdeoloji Mərkəzinə və Sahil Mühafizəsinin tarixini əks etdirən muzeyə baxıblar.
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sahil Mühafizəsinə səfərlərini, Sahil Mühafizəsinin xidməti-döyüş fəaliyyətini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Tədbirdə çıxış edən, Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev şəxsi heyətə təbriklərini çatdırıb.
DSX rəisi çıxışında milli sərhəd siyasətinin və Sahil Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi çoxsaylı tədbirlərdən danışıb. Bildirib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturu yaradılıb. DSX Sahil Mühafizəsi Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərimizin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşıb.
Məruzə ilə çıxış edən Sahil Mühafizəsinin rəisi, general-mayor Əfqan Nağıyev dəniz sərhədlərimizin etibarlı mühafizəsi istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş hərbi qulluqçular təltif olunublar.
Sonra Dövlət Sərhəd Xidməti rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev media nümayəndələri ilə birlikdə “Şahdağ” və “Tufan” sərhəd gözətçi gəmilərinə baxış keçirib.
Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin hazırladığı konsert proqramı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirin sonunda Dövlət Sərhəd Xidməti rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və qonaqlar şəxsi heyətlə birlikdə nahar ediblər.
Xəbər lenti
Hamısına baxGündəm
25 Sentyabr 12:18
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02

