Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində ziyalılarla görüş keçirilib
16.01.2016 [10:33]
Yanvarın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Dədə Qorqud” Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov, rejissor Ziya Şıxlinski və “Mir” Dövlətlərarası Televiziya və Radio Şirkətinin şef-redaktoru Elvira Xusainovadan ibarət ziyalı heyəti ilə görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, Dövlət müşaviri BBMM-də mütəmadi olaraq tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri ilə görüşlərin keçirildiyini söyləyib. O deyib: “Görüşdə iştirak edən qonaqların Multikulturalizm Mərkəzinin rəhbərliyi ilə birgə fəaliyyət istiqamətinin müəyyənləşməsi baxımından bu tədbir çox önəmlidir, xüsusilə də 2016-cı ildə. Bildiyiniz kimi, Prezidentimiz 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bununla bağlı Sərəncamdan irəli gələn məsələləri, qarşımızda duran vəzifələri aydın şəkildə dərk edib ziyalılarımızla görüşürük ki, özündə başqasının halına acımaq, mərhəmət, şəfqət, başqasının problemini özününkü kimi qəbul etmək qabiliyyəti və bacarığını ehtiva edən multikulturalizm, tolerantlıq istiqamətində mühüm işlər həyata keçirək və gələcəkdə də birlikdə daha hansı işləri görə biləcəyimizi müzakirə edək. Buradakı qonaqlar hər biri öz sahəsində böyük işlər görür. Mənə elə gəlir ki, biz fəaliyyətimizdə ümumi oxşar cəhətləri tapıb inkişaf elətdirsək və daha aydın, daha konkret perspektivlərə çıxa bilsək, hamımız bundan mənəvi cəhətdən qazanmış olarıq”.
Kamal Abdullayev bildirib ki, Azərbaycan Prezidenti bizə konkret ideoloji hədəflər göstərir. Bu, ölkəmizin dünyaya tanıdılmasıdır. Bu gün Azərbaycanın dostları getdikcə artır. Bizim “Azərbaycana marağı Azərbaycana məhəbbətə çevirək!” devizli bir layihəmiz var. Bu istiqamətdə bir çox işlər görürük. Ən əsas işlərimizdən biri - ölkə rəhbərinin də təqdir etdiyi layihəmiz xarici ölkələrdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisidir. Bu fənn bu gün Portuqaliyada, Almaniyada, İsveçrədə, İtaliyada, Rusiyada, Çexiyada, Gürcüstanda, Litvada, Belarusda, Bolqarıstanda keçilir və həmin fənnin tədrisi perspektivdə də bir çox ölkələrdə nəzərdə tutulub. Adıçəkilən ölkələrdə bu fənn artıq ikinci semestrdir ki, tədris edilir. Xarici ölkələrdə bu fənnə böyük maraq var. Azərbaycanı dünyada tanıtmaq istiqamətində keçən ilin yayında təşkil edilən və bu il fevralın 8-15-də növbəti dəfə keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda beynəlxalq qış məktəbi də dövlətimizin başçısının təqdir etdiyi layihələrimizdəndir. Biz bu işləri mütəmadi davam etdirəcəyik. “Multikulturalizm ili”ndə yeni nailiyyətlər qazanmaq üçün ziyalılarımızın ideyaları, təklifləri və dəstəyi bizim üçün çox önəmlidir.
Mərkəzin icraçı direktoru Azad Məmmədov və aparat rəhbəri Aytən Qəhrəmanın da iştirak etdikləri görüşdə qonaqların təmsil olunduqları qurum və təşkilatların “Multikulturalizm ili”ndə BBMM-lə əməkdaşlıq perspektivləri müzakirə edilib, təkliflər dinlənilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18

