Daşkəsən: yerli məhsulların qiymətini süni artıranlara qarşı sərt cəza tədbirləri görüləcək
16.01.2016 [10:23]
Daşkəsən rayon rəhbərliyi ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə süni qiymət artımının qarşısının alınması ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, icra hakimiyyətinin başçısı Əhəd Abıyev dünya iqtisadiyyatında baş verən proseslərin ölkəmizə təsirindən, manatın devalvasiyasından sonra yaranan iqtisadi çətinliklərdən danışıb. Bildirib ki, bu vəziyyətdən sui-istifadə etməyə cəhd göstərən bəzi işbazlar yerli məhsulların qiymətini artırıblar. Prezident İlham Əliyevin tapşırığı ilə bu cür hallara qarşı sərt cəza tədbirləri görüləcək.
Diqqətə çatdırılıb ki, bununla bağlı rayonda xüsusi komissiya yaradılıb və pərakəndə ticarət obyektlərinə baxış keçirilib, maarifləndirmə işi aparılıb. Hüquq mühafizə orqanlarının iştirakı ilə bu sahəyə tam nəzarət olunur.
Vurğulanıb ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 15 yanvar 2016-cı il tarixindən etibarən əlavə dəyər vergisindən azad edilib. Nəticədə unun topdansatış qiyməti əhəmiyyətli dərəcədə azalıb, daşınma xərclərindən asılı olaraq 50 kiloqramlıq 1 kisə unun qiyməti 21 manat 50 qəpiklə 22 manat 50 qəpik arasında, pərakəndə satış qiyməti isə 23 manatla 24 manat arasında formalaşıb. Unun yeni qiymətinə uyğun olaraq, 500 qramlıq çörək 30 qəpiyə, 700 qramlıq çörək isə 40 qəpiyə satılacaq.
İclasda məlumat verilib ki, rayonun qaz, elektrik enerjisi təsərrüfatında yenidənqurma işləri aparılır. Hazırda uzun müddətdən bəri problemli məsələ olaraq qalan Daşkəsən şəhərinin su-kanalizasiya sisteminin yüksək səviyyədə yenidən qurulması üzrə işlər uğurla davam etdirilir. Bu layihənin həyata keçirilməsi Daşkəsən rayonunun sakinlərinin fasiləsiz, ekoloji cəhətdən təmiz su ilə təmin olunmasına imkan verəcək. Eyni zamanda, rayonun qazlaşdırılmayan yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilişi bu il də davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

