ƏƏSMN müharibə əlillərini və onlara bərabər tutulan şəxsləri minik avtomobili ilə təmin edir
19.11.2015 [10:01]
Son üç ay ərzində artıq 400 nəfər imtiyazlı şəxsə nazirlik tərəfindən minik avtomobili verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə diqqət və qayğısı həmin insanların minik avtomobilləri ilə təminatında da mühüm addımların atılmasına şərait yaradıb. Bu sahədə tədbirlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 95 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə “Naz-LİFAN” markalı minik avtomobilləri verilib.
Onlardan 47 nəfəri Qarabağ müharibəsi, 15 nəfəri Böyük Vətən müharibəsi, 1 nəfəri 20 Yanvar, 10 nəfəri Çernobıl AES əlili, 22 nəfəri isə hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olanlardır.
Avtomobillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları əsasında hələ ötən il ərzində 2014-cü ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatının başa çatdırıldığını vurğulayıb: “Hətta keçən il 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təmin olunmasına başlanıldı və onlardan da 67 nəfərinə minik avtomobili verildi. Son üç ay ərzində isə artıq 400 nəfər müvafiq şəxsə minik avtomobili təqdim olunub”.
Nazir müavini bildirib ki, indiyə qədər ölkəmizdə dövlət tərəfindən avtomobil verilmiş 5750 nəfərə yaxın müharibə əlili və onlara bərabər tutulan şəxsin 33,6 faizi, yəni 1933 nəfəri məhz keçən il və cari ilin ötən dövründə avtomobillə təmin edilib. Əlilliyi olan şəxslərin sosial təminatlarının gücləndirilməsi ilə bağlı digər sahələrdə də görülən məqsədyönlü işləri qeyd edən İ.Rəhimov bu işlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ayrı-ayrı əlil ictimai təşkilatlarının rəhbərləri ölkəmizdə əlilliyi olan insanların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin Azərbaycanın sosial dövlət statusunun, ölkə rəhbəri tərəfindən aparılan sosial yönümlü siyasətin əyani təzahürü olduğunu ifadə ediblər.
Minik avtomobili ilə təmin olunan müharibə əlilləri və onlara bərabər tutulan şəxslər ölkəmizin dinamik inkişafı şəraitində bütün sosial proqramların, o cümlədən onların təminatının gücləndirilməsinə yönələn tədbirlərin uğurla davam etdirilməsindən razılıqla bəhs ediblər. Çıxış edənlər göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

