Cəmil Əliyev: Əsas məqsədimiz onkoloji xəstələrin tam sağalmalarına nail olmaqdır
17.11.2015 [10:07]
“Bu gün Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın MD Anderson Xərçəng Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq barədə müqavilə imzalanıb. Bu müqavilə Azərbaycan Milli Onkologiya Mərkəzinə onkoloji xəstəliklərin profilaktikası və müalicəsində MD Anderson Xərçəng Mərkəzi ilə birgə fəaliyyət göstərməyə imkan yaradacaq. Bundan başqa, müqavilə Milli Onkologiya Mərkəzinin mütəxəssislərinə amerikalı həmkarları ilə birlikdə elmi axtarışlar və kliniki tədqiqatlar həyata keçirməyə imkan verəcək. Yəni, bu müqavilə əsasında azərbaycanlı mütəxəssislər təcrübə mübadiləsi proqramlarında ödənişsiz iştirak edə və Amerikanın məşhur onkoloji mərkəzində təcrübə keçə biləcəklər”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev jurnalistlərə müsahibəsində söyləyib.
O deyib: “Bununla yanaşı, uzunmüddətli əməkdaşlıq barədə müqavilə çərçivəsində beynəlxalq elmi konfransların keçirilməsi də planlaşdırılır. Bu, iki onkologiya mərkəzi arasında əlaqələndirmə mexanizmlərinin hazırlanmasına, ayrı-ayrı sahələrdə azərbaycanlı və amerikalı alimlər, həkimlər arasında əlaqələrin qurulmasına, elm və təbabətin qarşılıqlı əlaqəli sahələrində son nailiyyətlərin müzakirəsinə imkan yaradacaq. Bundan başqa, elmi konfranslar iki ölkənin alimlərinin müxtəlif mövzuları, o cümlədən onkoloji patologiyaların diaqnostikası və müalicəsini, elmin, təbabətin və səhiyyənin aktual problemlərini, onkologiyanın qarşısında duran vəzifələri, habelə onların potensial həlli yollarını müzakirə etmələrinə imkan verəcək. Bütün bunlar bizim əsas məqsədimizə - gələcəkdə onkoloji xəstəliklərin tam sağalmalarına nail olmaq naminə edilir”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54

