“Azərbaycan multikulturalizminə səyahət” çərçivəsində Tövratın təqdimatı olub
03.11.2015 [09:53]
“Azərbaycan multikulturalizminə səyahət” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Los-Anceles şəhərindəki Sinay Məbədinin nümayəndə heyətinin iştirakı ilə Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdimat mərasimi keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə İsrailin məşhur xalq mahnısı “Hava Nagila”nın sədaları altında Tövrat təntənəli şəkildə sinaqoqa gətirilib.
Sinay Məbədinin ravvini David Volpe bildirib ki, Azərbaycan çoxəsrlik multikultural dəyəri, tolerant mühiti ilə bütün dünya ölkələrinə örnək ola bilər.
Sinay Məbədinin kişi klubunun prezidenti Kari Lerman deyib: “Biz Tövratı gətirməmişik, Tövrat özü bizi buraya gətirdi. Biz burada olmağımızdan böyük şərəf hissi keçiririk və Azərbaycan dövlətinə, xalqına çox minnətdarıq. Bakıda müqəddəs Tövratı təqdim etmək bizim üçün böyük bayramdır. Yəhudilərin xilasının sirri Tövratdır. Tövrat sülhün, qarşılıqlı anlaşmanın və sevginin simvoludur. Bu mərasimin reallaşmasında əməyi olan hər kəsə minnətdaram. Azərbaycan Prezidenti İlham Əliyevin multikulturalizm sahəsində gördüyü işlərə görə Ona çox minnətdarıq və ABŞ-a geri qayıdanda bunu orada da deyəcəyik. Biz bütün bunları unutmayacağıq”.
Elie Alyeşmerni Tövratı sevginin nişanəsi kimi səciyyələndirib. O deyib: “Təqdim olunan Tövrat vasitəsilə bizim icma sizin icmaya sonsuz sevgisini çatdırır. Bu Tövratın bütün tərkibi İsraildə, axırıncı qırx sözü Los-Ancelesdə yazılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda olan hər bir etnik qrup ölkənin ümumi mənzərəsinin rəngini təşkil edir. Bu, multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğunun göstəricisidir. Azərbaycan hökumətinin, xalqının xoş münasibəti üçün hamınıza təşəkkür edirəm”.
Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev bugünkü tarixin yaddaşlarda həmişə yaşayacağını diqqətə çatdırıb: “Bu unudulmaz bayramı bizə bəxş edən qardaşlarımıza minnətdarıq. Azərbaycanda yəhudilər və bütün xalqlar sərbəst, tam əmin-amanlıq şəraitində rahat yaşayırlar. Bu dostluq və qardaşlığın əbədi olacağına inanıram”.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təqdimat mərasimini xalqları, mədəniyyətləri birləşdirən dəyər kimi xarakterizə edib.
Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç Azərbaycanda yəhudilərin neçə yüz illərdir dinc, qardaşcasına yaşadığını deyib.
Professor Səməd Seyidov bildirib ki, bu gün təqdim olunan Tövrat həm də xalqları, icmaları birləşdirir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycan dövlətinin ünvanına bu ölkədə yəhudilər və digər xalqların, dinlərin nümayəndələrinin bir arada sülh, qardaşlıq şəraitində yaşaması ilə bağlı dedikləri xoş sözlərə görə qonaqlara təşəkkür edib.
Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb. Qubada qonaqlar Ümummilli lider Heydər Əliyevin abidəsini, Soyqırımı Memorialını ziyarət edib. Qonaqlar Qubadakı Qırmızı Qəsəbəyə baş çəkərək orada dağ yəhudiləri icması ilə görüşüblər. Nümayəndə heyətinin üzvləri burada Tövratın öyrənildiyi dini yəhudi məktəbində - Yəhudi Mədəniyyət Mərkəzində olublar. Onlar qəsəbədəki sinaqoqlara baş çəkib, duaoxuma mərasimində iştirak ediblər. Deputat Yevda Avramov Sinay Məbədinin nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu ifadə edib, Azərbaycanda əsrlərdir multikultural dəyərlərin həyat tərzi kimi yaşandığını diqqətə çatdırıb.
Noyabrın 4-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Bakıda bir sıra görüşlər keçirəcək.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

