“ADA” Universitetində Kənd Təsərrüfatı sahəsində Beynəlxalq Magistr proqramına start verilib
22.10.2015 [10:46]
Oktyabrın 21-də “ADA” Universitetində Kənd Təsərrüfatı sahəsində Biznes idarəçiliyi üzrə Beynəlxalq Magistr proqramına start verilib.
Proqramın əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “ADA” Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev Kənd Təsərrüfatı Nazirliyi tərəfindən irəli sürülən bu proqramı yüksək qiymətləndirib, aqrar sahənin vacibliyini vurğulayaraq tələbələrin bu proqrama marağının çox olacağını söyləyib.
O, həmçinin bu proqrama yalnız Kənd Təsərrüfatı Nazirliyinin təklif etdiyi tələbələrin yox, başqa tələblərin də qoşulacağına ümid etdiyini bildirib.
Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov proqrama daxil olan bəzi tələbələrin təhsil haqqının və məzunlar üçün iş və karyera imkanlarının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təmin ediləcəyini deyib.
“ADA” Universitetinin biznes məktəbinin dekanı N.J Delener proqramın təqdimatı barədə ətraflı məlumat verib.
17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər “ADA” Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. “ADA” Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndirmə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub.
Qəbul olunan tələbələr MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənlər və praktiki seminarlar keçəcəklər.
Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədilə xarici ölkələrə təhsil mübadiləsi səfəri də edəcəklər. Qeyd edək ki, “ADA” Universitetində Kənd Təsərrüfatı sahəsində Biznes idarəçiliyi üzrə Beynəlxalq Magistr proqramının həyata keçirilməsinə dair Anlaşma Memorandumu 2015-ci ilin iyul ayının 16-da kənd təsərrüfatı naziri Heydər Əsədov və xarici işlər nazirinin müavini Hafiz Paşayevin iştirakı ilə imzalanıb.
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

