Səyavuş Heydərov: Dini radikalizmə meyl edənlərin qarşısı vaxtında alınmalıdır
21.10.2015 [10:01]
Oktyabrın 20-də “Dini radikalizmlə mübarizədə dini icmaların rolu” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov deyib ki, dini radikalizmə meyl edənlərin qarşısı vaxtında alınmalıdır.
S.Heydərov bildirib ki, bu məsələdə dini icmaların üzərinə daha çox məsuliyyət düşür. Radikalizm yolunu tutanlar nə qədər gec deyil o yoldan qayıtmalıdırlar. Əks halda, onlarla bağlı qanunla ciddi tədbir görüləcək. “Bəzən valideynlər bizə müraciət edirlər ki, övladları radikal cərəyanlara qoşulub. Düşünürəm ki, biz bunun qarşısını almaq üçün var gücümüzlə çalışmalıyıq”, - deyə S.Heydərov əlavə edib.
Komitə sədrinin müavini hüquq mühafizə orqanlarının dini cərəyanlara qarşı ciddi işlər gördüyünü qeyd edərək bildirib ki, radikalizmlə mübarizədə hər kəs fəal olmalıdır. Hazırda Azərbaycanda hüquq mühafizə orqanları bu istiqamətdə işlər görür.
S.Heydərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə istiqamətində silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Bununla bağlı DQİDK ilə Qafqaz Müsəlmanları İdarəsi arasında sıx əməkdaşlığın mövcud olduğunu vurğulayıb.
Sədr müavini deyib: “Radikalizmlə mübarizədə fəallıq göstərmək lazımdır. Kəndlərdə, qəsəbələrdə, məscidlərdə bu məsələ diqqətdə saxlanılmalıdır. Radikalizm yolundan qayıtmaq fikrində olmayanlar haqda qanunla tədbirlər görüləcək, necə ki hazırda görülür”.
Konfransda DQİDK-nın dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov “Dini radikalizm: mahiyyəti, səbəbləri və təzahür formaları”, komitənin Bakı şəhəri üzrə şöbə müdiri Anar Kazımov “Dini radikalizmlə mübarizə yolları” mövzusunda məruzələrlə çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

