Xətai rayonunda “Yapon bağı”nın açılışı olub
16.10.2015 [10:04]
Dünən Bakı şəhərinin Xətai rayonundakı Heydər Əliyev Parkı ərazisində salınmış “Yapon bağı”nın açılışı olub. Açılış mərasimində çıxış edən Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bağın salınması tarixçəsindən danışıb. O bildirib ki, 2014-cü ilin iyununda Azərbaycanın bir sıra şəhər və rayon icra hakimiyyətləri başçılarından ibarət nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub. Sonra bu ölkə ilə ikitərəfli əməkdaşlığın qurulması naminə “Kosugi” şirkətinin rəhbəri Saki Kosuqinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya, o cümlədən Xətai rayonuna gəlib. Səfərlər çərçivəsində Xətai rayonundakı Heydər Əliyev parkında “Yapon bağı”nın salınması qərara alınıb. Bağın tikintisinə 2015-ci ilin fevral ayından başlanılıb və işlər iyul ayında başa çatıb. Parkda qədim yapon mədəniyyətini əks etdirən atributlar var. Həmçinin Azərbaycanın müxtəlif yerlərindən, xüsusən də Xızı dağlarından gətirilmiş təbii qaya və çay daşlarından “Şəlalə” kompleksi qurulub.
İcra başçısı qeyd edib ki, Yaponiya Azərbaycanın strateji tərəfdaşıdır, qarşılıqlı əməkdaşlıq xalqlarımızın əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək.
Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi yapon bağlarının cazibəsini dünyada tanıdan “Kosugi” bağ inşaatı şirkətinin fəaliyyətindən söz açıb. O, şirkətin fəaliyyətinin Azərbaycanda yüksək qiymətləndirildiyini bildirib. Səfir, həmçinin ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən razılığını ifadə edib və əməkdaşlığımızın daha da inkişafı üçün geniş potensialın olduğunu bildirib.
Səfir qeyd edib ki, yeni salınmış bağ Bakı sakinlərinin yapon mədəniyyəti ilə tanış olması baxımından əhəmiyyətlidir. O, Azərbaycanda yapon bağlarının inşasının ölkələrimiz arasında dostluq əlaqələrinin daha da inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev əvvəlcə, ölkəmizdə həyata keçirilən siyasətin uğurlarından, bütün regionlarda aparılan tikinti-quruculuq işlərindən danışıb. T.Tağıyev, həmçinin Xətai rayonunda “Yapon bağı”nın açılmasının əlamətdar hadisə olduğunu deyib. O, Azərbaycan ilə Yaponiya arasındakı münasibətlərdən bəhs edib. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb. Vurğulayıb ki, bu bağ Bakı sakinlərinin gözəl istirahət məkanlarından biri olacaq.
“Kosugi Zohen Co.LTD” şirkətinin prezidenti Saki Kosuqi bağın tikintisində Yaponiyadan gəlmiş 11 mütəxəssisin çalışdığını deyib. Bildirib ki, bağda qədim yapon mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, Tori qapısı quraşdırılıb, yapon mənşəli ağac və gül kolları əkilib.
Sonra “Yapon bağı”na gəzinti təşkil edilib və xatirə olaraq ağaclar əkilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57

