Tərtərdə Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib
06.10.2015 [10:08]
Ölkənin hər yerində olduğu kimi, Tərtər şəhərində də Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyinin, təhsil işçilərinin, ziyalıların iştirak etdikləri tədbirdə çıxış edən Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov müəllimləri peşə bayramları münasibətilə təbrik edib. Natiq ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, son illər bu sahədə əldə olunan nailiyyətlərdən danışıb və gənc nəslin təlim-tərbiyəsində zəhməti olan müəllimlərin işini yüksək qiymətləndirib: “Azərbaycanda təhsil sahəsində Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan islahatlar hazırda Prezident İlham Əliyevin səyi və təşəbbüsü ilə uğurla davam etdirilir”.
Ölkədə təhsilin ən prioritet sahə olduğunu vurğulayan natiq dövlət başçısının diqqət və qayğısı nəticəsində bu sahədəki problemlərin həll olunduğunu, genişmiqyaslı layihələrin reallaşdırıldığını da vurğulayıb.
Digər çıxışçılar da ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli təhsil konsepsiyasından, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dövlət təhsil siyasətindən, həmçinin rayon müəllimlərinin qazandığı uğurlardan danışıblar. Çıxışlarda bildirilib ki, rayonun builki məzunlarından 181 nəfər ali, 60 nəfər orta-ixtisas məktəblərinə, 5 nəfər C.Naxçıvanski adına hərbi liseyə daxil olub. Altı nəfər 600-dən, 16 nəfər isə 500-dən yuxarı bal toplayıb.
Qeyd edilib ki, bayram ərəfəsində Soyulan kənd tam orta məktəbinin müəllimi Afaq Xəlilova “Əməkdar müəllim” adına layiq görülüb.
Mərasimdə bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərmanlar təqdim olunub.
Sonra tədbir Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı maraqlı konsert proqramı ilə davam etdirilib.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

