Qax və Oğuz rayonlarında Bilik evlərinin açılışı olub
06.10.2015 [10:07]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşəbbüsü ilə Qax və Oğuz rayonlarında yaradılan Bilik evlərinin açılış mərasimi olub. Qax Bilik Evinin açılışında iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev Bilik Fondunun maarifçilik istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, xüsusilə bölgələrdə bu istiqamətdə görülən işlərin ürəkaçan nəticələr verdiyini vurğulayıb. Tədbirdə iştirak edən nümayəndələr də bölgələrdə yaradılan Bilik evlərinin ali təhsil ala bilməyən gənclərin inkişafında müstəsna rol oynayacağına əminliklərini bildiriblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Bilik evlərində tətbiq olunacaq tədrisin istiqamətlərinin məhz rayon sakinlərinin və ziyalıların rəyi əsasında müəyyənləşdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, ilkin mərhələdə ədəbi yaradıcılıq, avtomobillərə texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursu, eləcə də kompüter operatoru və elektron kargüzarlıq işləri üzrə kurslar təşkil olunacaq.
Oğuz rayonunda fəaliyyət göstərəcək Bilik Evinin açılış mərasimində çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədovun sözlərinə görə, yaxın gələcəkdə Astara rayonunda da Bilik Evi açılacaq. Bərdə, Zərdab, Xaçmaz, Şamaxı, İsmayıllı və digər rayonlarda da Bilik evlərinin fəaliyyətə başlaması ilə bağlı müzakirələr aparılır. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Naxçıvanski, rayon Təhsil Şöbəsinin müdiri Elçin Kərimov, Bilik Fondunun yerli nümayəndəsi E.Abdullayev adına 2 saylı orta məktəbin direktoru Anar Məcidov, yerli ziyalılar və müdavimlər iştirak ediblər.
Qeyd edək ki, Qax və Oğuz Bilik evlərinin hər birində müxtəlif istiqamətlər üzrə artıq 50-dək gənc dərslərə yazılıb. Dinləyicilərə tədrisi yüksək ixtisaslı yerli və xarici mütəxəssislər aparacaq. İxtisasla yanaşı, Bilik evlərinin bütün müdavimləri Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyəcək, dəyirmi masalarda və disputlarda iştirak edəcəklər. Dərslərdə fərqlənən tələbələrə təqaüd veriləcək. Bilik evlərində təhsilini uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar təqdim olunacaq.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

