“Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi davam edir
02.10.2015 [10:25]
Dünən Gənc Politoloqlar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırdığı “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi çərçivəsində növbəti seminar-treninq keçirilib. Seminarda ekspertlər və KİV nümayəndələri iştirak ediblər.
Öncə çıxış edən layihə rəhbəri Elşən Orucov “Gənc jurnalistlərin ictimai-siyasi mövzular üzrə ixtisaslaşması” layihəsi çərçivəsində keçirilən treninqin əsas məqsədinin hüquqi-demokratik cəmiyyətin fəal iştirakçısı olan gənclərin siyasi, hüquqi biliklərinin artırılmasına və təkmilləşdirilməsinə dəstək olmaqdan ibarət olduğunu bildirib. O həmçinin layihənin əsas vəzifəsinin məhz gənclərin ideya-siyasi və mənəvi tərbiyəsində mühüm rol oynayan peşəkar jurnalistlərin yetişməsinə kömək etməkdən ibarət olduğunu da söyləyib. Elşən Orucov deyib ki, layihədən faydalananlar ali məktəbi bitirmiş və media sahəsində çalışan, ictimai-siyasi mövzularda reportajlar hazırlayan gənc jurnalistlər olacaqlar.
Bundan başqa, tədbir iştirakçılarına layihə çərçivəsində görüləcək işlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki, 100-dən artıq KİV nümayəndəsinin qatılacağı layihə ümumilikdə üç ay ərzində reallaşdırılacaq. Layihə çərçivəsində gənc jurnalistlər üçün jurnalistika, politologiya və hüquq sahəsində tanınmış alimlərin və ekspertlərin iştirakı və rəhbərliyi ilə müxtəlif mövzularda seminar-treninqlər keçiriləcək. Layihənin bağlanış mərasimi isə İsmayıllı rayonunda baş tutacaq.
Sonra gənc jurnalistlər ictimai-siyasi mövzular ətrafında, o cümlədən, BMT-nin 70-ci sessiyası ilə bağlı geniş fikir mübadiləsi aparıblar. Seminar-treninq çərçivəsində, eyni zamanda, “Azərbaycan jurnalistikası və dünya təcrübəsi” mövzusu ətrafında da fikir mübadiləsi aparılıb, həm ekspertlərin, həm də layihə iştirakçılarının rəy və mövqeləri dinlənilib.
Öz növbəsində, layihə iştirakçıları qarşısında çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev ictimai-siyasi mövzular üzrə aktuallıq kəsb edən bu cür treninqlərin keçirilməsinin gənc jurnalistlərin təkmilləşməsinə mühüm töhfə olduğunu söyləyib. Qafar Əliyev, eyni zamanda, ölkəmizin müstəqillik əldə etdikdən sonra qısa müddət ərzində bütün sahələrdə çox böyük uğurlar əldə etdiyini də vurğulayıb. Sektor müdiri ölkəmizin qarşısında duran daxili və xarici məsələlərin həlli üçün ideya-siyasi təbliğat işlərinin daha da artırılmasının vacib olduğunu bildirib. Bu baxımdan layihənin xüsusilə əhəmiyyətli olduğunu deyən Qafar Əliyev gənc jurnalistlərin bu layihə çərçivəsində daha da təkmilləşəcəyini, eyni zamanda, bunun onlar üçün faydalı ola biləcəyini də qeyd edib.
Vüsalə CAVANŞİR
Xəbər lenti
Hamısına baxDünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43
Siyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32

