Bölgələrdə Bilik Evləri yaradılır
02.10.2015 [10:21]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun bölgələrdə Bilik Evləri fəaliyyətə başlayır. Əhalinin maarifləndirilməsinə, yerli gənclərin peşə hazırlığının yüksəldilməsinə, maraq dairələrinin genişləndirilməsinə xidmət göstərəcək Bilik Evlərinin yaradılması prosesi millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər Şurasının üzvü Kamal Abdullayevin təşəbbüsü ilə həyata keçirilir. Artıq bu istiqamətdə əhəmiyyətli addımlar atılıb və oktyabrın 5-də yerli icra hakimiyyətlərinin dəstəyi ilə Qax və Oğuz rayonlarında yaradılmış Bilik Evlərinin açılışı olacaq.
Bilik Fondundan verilən məlumata görə, hər iki rayonda Bilik Evləri üçün ayrılmış bina təmir edilib, sinif otaqları zəruri avadanlıq, internet və dərs ləvazimatları ilə təmin olunub. İlkin mərhələdə aparılacaq dərs istiqamətləri də müəyyənləşdirilib. Belə ki, Bilik Evlərində gənclərə ədəbi yaradıcılıq, xarici maşınlara texniki xidmət ustalarının hazırlanması, ingilis və rus dili kursu, kompüter operatoru və elektron kargüzarlıq işləri ilə bağlı kurslar keçiriləcək. Qax və Oğuz Bilik Evlərinin hər birində müxtəlif istiqamətlər üzrə artıq 50-dək gənc dərslərə yazılıb. Dinləyicilərə yüksəkixtisaslı yerli və xarici mütəxəssislər dərs deyəcək. İxtisasla yanaşı, Bilik Evlərinin bütün müdavimləri Azərbaycan tarixi və mədəniyyəti, ədəbiyyatı, multikulturalizm siyasəti, eləcə də dünya ədəbiyyatı və mədəniyyəti ilə bağlı mühazirələr dinləyəcək, “dəyirmi masa”larda və disputlarda iştirak edəcəklər. Dərslərdə fərqlənən tələbələrə təqaüd veriləcək. Bilik Evlərində təhsilini uğurla başa vuran müdavimlərə müvafiq sertifikatlar təqdim olunacaq. Bundan başqa, 2007-ci ildən Bakı Slavyan Universitetində fəaliyyət göstərən Yaradıcılıq fakültəsinin Bilik Evlərində də fəaliyyəti təmin olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

