“Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar təşkil edilib
03.09.2015 [10:09]
Sentyabrın 2-də Bakıda “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda seminar təşkil edilib.
AZƏRTAC xəbər verir ki, seminar Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi, Nəsimi rayon bələdiyyəsi, “Bələdiyyə həyatı” qəzeti və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı (GİZ) tərəfindən keçirilib.
Tədbirin məqsədi əmlak vergisinin yığımı ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliklər ətrafında fikir və təcrübə mübadiləsi aparmaq, bu istiqamətdə tətbiq edilən yeniliklər barədə məlumat vermək və mövcud problemlərin həlli yollarını müzakirə etmək olub.
Seminarda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə “Azərbaycanda əksmərkəzləşdirmə siyasətinin və yerli özünüidarəetmənin təkmilləşdirilməsinin başlıca istiqamətləri” mövzusunda çıxış edərək bildirib ki, yerli özünüidarəetmənin inkişafını təmin etmək üçün strateji məqsədlər müəyyənləşdirilməlidir. Yerli özünüidarəetmənin gələcək inkişafının başlıca məqsədləri insan potensialının artırılmasına və hər bir bələdiyyə qurumunda əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilməlidir. Bu gün bələdiyyələrin qarşılaşdığı problemlərin həllinə diqqətlə yanaşılmalı və onların sürətlə həllinə çalışmaq lazımdır. Belə problemlərdən biri də bələdiyyələrin əmlak vergisi ilə bağlıdır.
Qeyd olunub ki, bu istiqamətdə müntəzəm addımlar atılır, yeniliklər tətbiq edilir və mühüm təcrübə qazanılır. Nəsimi bələdiyyəsinin qazandığı təcrübəni, tətbiq etdiyi yenilikləri əmlak vergisinin yığımında mövcud olan problemlərin həllində çıxış yollarından biri kimi qəbul etmək olar. Mehdi Səlimzadə bildirib ki, yerli vergilərin yığımında yeni qanunvericilik bazası yaradılmalı, bələdiyyələrin fəaliyyətinə hər hansı müdaxilələrə yol verilməməli və bələdiyyələr öz büdcələrindən səmərəli şəkildə istifadə etməlidirlər. Bununla əlaqədar yerli özünüidarəetmənin inkişafı üçün məsuliyyət daşıyan mərkəzi orqanın yaradılması məqsədəuyğun olardı.
Tədbirdə Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov “Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları” mövzusunda çıxış edərək əmlak vergisinin yığımında bələdiyyənin qarşılaşdığı problemlərə toxunaraq, bu məqsədlə bələdiyyə tərəfindən yeni layihələrin həyata keçirildiyini qeyd edib. O bildirib ki, Nəsimi bələdiyyəsinin internet resursu təkmilləşdirilib və əmlak vergisinin ödənişini həyata keçirmək üçün onlayn ödəmə həyata keçirilib. Bu gün artıq bələdiyyəmiz nağdsız ödəmədə ilk olaraq onlayn ödəməyə keçidi reallaşdırıb. Bundan əlavə “E-manat” sistemində ilk olaraq Nəsimi bələdiyyəsinin ödənişini həyata keçirmək mümkün olacaq. Bunlar bələdiyyənin daxili imkanları hesabına mümkün olub.
Seminarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Kamran Bayramov çıxış edərək bildirib ki, bu ilin altı ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda daşınmaz əmlak vergisi üzrə daxil olan vəsaitin həcmi 6,5 faiz artıb. Ölkənin 36 şəhər və rayonunda əmlak vergisi üzrə ciddi artım müşahidə edilib. Məsələn, Səbail rayonunda daşınmaz əmlak vergisi üzrə daxil olmaların həcmi 87,9, Gəncə şəhəri üzrə 88,9, Cəlilabadda 89,3 faiz, Şəmkirdə 1,5, Şirvanda 2,5, Gədəbəydə isə 15,5 dəfə artım müşahidə edilib. İlin sonunadək daşınmaz əmlak vergisi üzrə daha çox artım gözlənilir.
Kamran Bayramov qeyd edib ki, bələdiyyələr daxilində vergitutma obyektlərinin və vergi ödəyicilərinin uçotu ilə bağlı proqram hazırlanıb və bütün bələdiyyələrə paylanıb. Proqramda vergitutma obyektləri və vergi ödəyicilərinin uçotu ilə yanaşı, yerli vergi və ödənişlərin hesablanması, onunla bağlı müvafiq şəhadətnamələrin, tədiyyə bildirişlərinin avtomatik olaraq çatdırılması, eləcə də vergi və ödənişlər üzrə əldə olunan vəsaitin xərclənməsi üzrə hesabatların hazırlanması da nəzərdə tutulub. Sektor müdiri əlavə edib ki, bələdiyyələrin 95 faizi kompyuterlə təmin edilib. Kompyuteri olmayan bələdiyyələr də qısa zamanda təmin ediləcək. Bununla da yaxın zamanlarda bu proqramın tətbiqi üçün imkan yaranacaq.
Vurğulanıb ki, bələdiyyələr vergilərin yığılması istiqamətində bütün resurslarını səfərbər etməlidir. Əhali ilə səmərəli iş qurulmalı, bu sahədə uğur qazanmış bələdiyyələrin təcrübəsindən yararlanılmalıdır. Vətəndaşlara yerli vergiləri ödəmək mədəniyyəti aşılanmalıdır. Bələdiyyələr Vergilər Nazirliyinə hər bir vətəndaşın vergi uçotuna alınması haqqında şəhadətnamə verməlidir. Bu, vətəndaşın vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir və psixoloji baxımdan da böyük əhəmiyyət kəsb edir.
Ötən illə müqayisədə bələdiyyələrdə bütün vergi ödənişləri üzrə ümumi artımın müşahidə olunduğunu vurğulayan Kamran Bayramov bu sahədə inkişafı əks etdirən bir sıra göstəriciləri diqqətə çatdırıb. Yarım il ərzində mehmanxana, sanatoriya, kurort üzrə ödənişlərdə 16,3 faiz artım olduğunu qeyd edən sektor müdiri bələdiyyə torpaqlarının satışından əldə olunan ödənişlərin kəskin azalmasını müsbət amil kimi qiymətləndirib. Bildirib ki, bu sahədə demək olar ki, 50 faizdən çox azalma olub. Bu, müsbət haldır. Çünki bələdiyyələr əsas diqqəti torpaq satışına deyil, digər vergi ödənişlərinə yönəldiblər.
Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə çıxışında daşınmaz əmlakdan tutulan vergilərin yığılmasında müəyyən çətinliklərin olduğunu qeyd edib. Bildirib ki, ev təsərrüfatları və mənzillərin bir qismi qeydiyyatdan keçməyib. Amma bu, vergilərin yığılmasına problem yaratmamalıdır. Məhz buna görə bir çox hallarda vətəndaşlar vergi ödəmirlər. Vergilərin yığılmasını təmin etmək üçün bələdiyyələrin üzərinə çox böyük vəzifə düşür. Verginin yığılmasında digər çətin məqam insanları bələdiyyə vergilərini ödəməyə təşviq etməkdir. Vətəndaşlara göstərmək lazımdır ki, yığılan vəsait hara gedir. Ona görə də geniş maarifləndirmə işi aparılmalı, görülən işlər barədə əhaliyə məlumat verilməlidir.
Azərbaycanın inkişafında bələdiyyələrin rolunu xüsusi vurğulayan Arif Rəhimzadə mətbuatda bələdiyyələrin fəaliyyətinə geniş yer ayrılmasının vacibliyini diqqətə çatdırıb. O, bələdiyyələrlə bağlı insanların ictimai fəallığının artırılmasının zəruriliyini qeyd edib.
“Bələdiyyə həyatı” qəzetinin baş redaktoru Vüqar Tofiqli çıxış edərək bələdiyyələrin qarşılaşdığı problemlərdən, əmlak vergisinin yığımıyla bağlı yeniliklərdən danışıb. Əhalinin onlayn ödənişə marağının artırılmasının və bu sistemin geniş təbliğ olunmasının vacibliyini qeyd edən baş redaktor bu sahədə Nəsimi bələdiyyəsinin fəaliyyətini xüsusi vurğulayıb.
Digər çıxış edənlər də yeni sistemin tətbiq edilməsinin əhəmiyyətindən, bələdiyyələrin qarşılaşdığı problemlərin aradan qaldırılması yollarından danışıblar.
Seminarın sonunda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının təşkilatçılığı ilə çapdan çıxan “Bələdiyyələrin statusu: hüquq və vəzifələri” kitabı iştirakçılara təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

