Hicran Hüseynova: Ailə bizim üçün hər şeydir
14.08.2015 [10:39]
Dünən Bakının Xəzər rayonu ərazisində “Bizim gücümüz birliyimizdədir” adlı genişmiqyaslı maarifləndirmə layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xəzər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ərazisində yaşayan aztəminatlı ailələr iştirak edib.
Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova azərbaycanlıların möhkəm ailə təməlini həmişə qiymətləndirdiyini qeyd edib. H.Hüseynova diqqətə çatdırıb ki, hamı tərəfindən qəbul olunmuş dünyəvi əsaslara uyğun həyat sürən, amma bununla belə Şərq mentallığı ənənələrinə və dəyərlərinə qayğı ilə yanaşan Azərbaycan cəmiyyəti üçün ailə, sosiumda qadının rolu, uşaqların tərbiyəsi məsələləri xüsusilə həssas sahədir.
Ailə, qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində ölkədə aparılan siyasətdən danışan H.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyev bu sosial qrupa hərtərəfli dövlət qayğısının müstəsna əhəmiyyətini dəfələrlə vurğulayıb.
Komitə sədri bildirib ki, bir neçə il bundan əvvəl ölkədə çox az sayda qadın təşkilatı olduğu halda, hazırda onların sayı iki yüzü ötüb keçib. Müasir Azərbaycan qadını ölkə həyatının iqtisadi, sosial və siyasi, hüquqi və idarəetmə sahələrində fəallıq göstərir. Qeyd edib ki, bu sahədə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Onun qadın və uşaqların, qaçqınların hüququnun müdafiəsi sahəsində göstərdiyi geniş fəaliyyət, irəli sürdüyü bir çox layihələr təkcə respublikamızda deyil, həmçinin onun hüdudlarından da uzaqlarda dərin hörmət və minnətdarlıq hissi ilə qarşılanır.
Komitənin rəhbəri nəzərə çatdırıb ki, uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolu böyükdür.
Tədbirdə çıxış edən Xəzər rayonu İcra Hakimiyyəti başçısının müavini Arif Balayev bildirib ki, dövlət müxtəlif tədbirlər vasitəsilə ailənin qorunub saxlanmasına və möhkəmlənməsinə, onun sosial müdafiəsinə, vətəndaşların ailə hüquqlarının təmin olunmasına qayğı göstərir.
Görüş zamanı qadınları maraqlandıran suallar dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Tədbirdə komitə tərəfindən uşaqlara hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30
Dünya
22 İyul 15:59
İdman
22 İyul 15:22
Sosial
22 İyul 14:51
Dünya
22 İyul 14:45
Dünya
22 İyul 14:18
Dünya
22 İyul 13:52
Gündəm
22 İyul 13:39
Siyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15

