Bal - möcüzəli qida
07.08.2015 [00:17]
Yaxud Azərbaycanda arıçılıq təsərrüfatlarında vəziyyət necədir?
Ölkə ərazisində arı saxlamağın tarixi qədimlərə gedib çıxdığı kimi, baldan istifadənin də çoxəsrlik tarixi var. Tarixən insanlar baldan sadəcə, qida kimi deyil, həm də təbii məlhəm olaraq istifadə ediblər. Çünki təbii balın antiseptik xüsusiyyətləri onun infeksiyalara, mikroblara qarşı təsirli olmasında və yaraların müalicəsində sağalma prosesini sürətləndirməsində özünü büruzə verir. Balın köməyi ilə zəif, arıqlamış, immuniteti aşağı olan xəstələrin ümumi vəziyyəti düzəlir, çəkisi normallaşır, qanında hemoqlobinin miqdarı artır. Bal bağırsaqların və böyrəklərin daha yaxşı işləməsini təmin edir, əsəb sistemini nizama salır, neyrodinamizmi balanslaşdırır.
Arıçılığın tarixi təcrübəsi, ənənələri müasir dövrdə ölkədə bu sahənin inkişafında xüsusi əhəmiyyət kəsb edir. Bu ənənələrin bu gün arıçılığın rentabelliliyinin qaldırılmasında, balın məhsuldarlığının artırılmasında önəmi danılmazdır. Bu ilin bal yığımının məhsuldarlığı da bu faktı təsdiqləyir. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, arıçılıq təsərrüfatında builki yüksək məhsuldarlıq ötən dövrlərlə müqayisədə xüsusilə fərqlənir.
Bu il arıçılıq təsərrüfatlarında yığım yüksəkdir
Arıçı-fermerlərin balın məhsuldarlığı haqqında fikirlərini bilmək xüsusi əhəmiyyət kəsb edir. Artıq uzun illərdir arıçılıqla məşğul olan Xaçmaz rayon sakini Polad Seydəliyevin sözlərinə görə, ildə iki dəfə toplanan balın artıq birinci yığımı bitib. Təxminən may-iyun aylarında reallaşan ilk bal yığımı, ikinci dəfə sentyabr-oktyabr aylarında həyata keçirilir. İlk bal yığımının nəticələrindən razı qalan fermer bu il məhsuldarlığın yüksək olmasından məmnunluqla danışır.
Balın bazarda realizə olunması ilə bağlı suala cavabında isə fermer əsasən nəqliyyat xərclərinin qiymətlərə təsir etdiyindən gileyləndi. Belə ki, elə təsərrüfatın olduğu yerdə balı daha ucuz qiymətə satmaq mümkündürsə, Bakıya aparanda balın hər kiloqramının qiyməti təxminən 30-35 manat arasında olur. Fermer onu da qeyd etdi ki, əgər sentyabr yığımı eyni səviyyədə məhsuldar keçərsə balın hər kiloqramı 17-18 manata qədər ucuzlaşa bilər. Fermer hətta şimal bölgəsi rayonlarında müxtəlif balların xüsusiyyəti haqqında da fikirlərini bölüşdü. Arıçı fermerin sözlərinə görə, Quba balı ilə Xaçmaz balının əsas fərqi onun nəmliyindədir. Belə ki, əsasən ağac kimi irigövdəli bitkilərin çiçəklərindən toplanmış Xaçmaz balı daha nəm olur. Quba balı isə arıların subalp və alp çəmənliklərindən topladığı az faizli nəm çiçək nektarlarından hazırlandığı üçün bir qədər az nəmli olur. Xaçmaz balının daha tünd olması isə onu hazırlayan arıların əsasən qovaq, qoz, fıstıq ağaclarının çiçəklərindən istifadə etməsi ilə bağlıdır.
Təbii balı necə müəyyən etməli?
Mütəxəssislərin sözlərinə görə, bir vaxtlar saxta balı, sadəcə, şəkər tozu ilə birbaşa xam protein ilə hazırlayırdılar. Rəng və qoxu əlavə edilmiş bu saxta balı ifşa etmək çətin deyildi. Çünki bu balların tərkibində enzim olmurdu. Enzim və asit kimi yalnız arıların ağız aparatında mövcud olan kimyəvi birləşmənin balın tərkibində olmaması o deməkdir ki, bu bal arı vasitəsilə hazırlanmayıb.
Bu saxtakarlığın bir qədər daha “etibarlı” olması üçün sonralar arı pətəklərinin ətrafına iri qənd dənələri olan qablar qoyurdular. Beləliklə, arılar bu saxta əməliyyatda nəinki iştirak edirdilər, həm də balı hazırlayarkən ağızlarındakı enzim məhlulunu da əlavə edirdilər. Hətta bu balın da saxta üsullarla hazırlandığını aydınlaşdırmaq mümkündür. Balın tərkibindəki fruktozanın molekulyar özünəməxsusluğu saxta və təbii balı ayırmağa imkan verir. Belə ki, saxarozadan fərqli olaraq kimyəvi qırılqan rabitəli modifikasiyaya malik fruktoza molekulunun bu xüsusiyyəti balı qaşıqlayarkən aydınca hiss olunur. Əgər bal qaşıqdan eyni tempdə, eyni həcmdə tökülürsə və əgər sap kimi naziklikdə belə qırılmırsa, deməli balın tərkibi tamamilə fruktoza birləşmələrindən ibarətdir.
Əgər qaşıqdan süzülən balın böyük hissələri arasında zaman intervalı olursa, yaxud bal iri hissələrlə, müxtəlif ölçüdə qaşıqdan süzülürsə, deməli, bu bal saxarozalarla zəngin baldır. Yəni balın tərkibində yüksək birləşməli molekullar mövcuddur. Bu tip ballar süni yaradılmış şəraitlərdə hazırlanmış olurlar. Saxaroza kimi iri molekulyar birləşməyə malik modifikasiyalar balın tərkibinə heç bir təbii şəraitdə çiçəklərdən düşə bilməz.
Arıçıya etimad əsas şərtdir
Arıçılığın kənd təsərrüfatında önəmini qeyd etməklə bərabər, fermerlərin problemlərini də diqqətə çatdırmaq lazımdır. Belə ki, fermerlər əsasən saxta bal hazırlayan “arıçı”ların bal istehsalçılarına qarşı etimadsızlıq mühiti yaratmasından şikayət edirlər. Lakin bu, təkcə arıçıların problemi deyil. Azərbaycan cəmiyyətində, xüsusən, istehlak məhsullarına etimadsızlıq mövcuddur. Hətta bəzi hallarda ən yüksək keyfiyyətli məhsullar belə, alıcıların diqqətini çəkə bilmir. Bunun da səbəbi həmin məhsulun keyfiyyətinə olan inamsızlıq, ya da əvvəlki təcrübələrin yaratdığı xoş olmayan təəssüratlardır. Bal da bu məsələdən öz payını alır. Bəzən yüksək keyfiyyətli təbii bal bazarda layiq olduğu diqqəti qazana bilmir. Alıcılar təqdim olunan keyfiyyətli balın da keyfiyyətinə şübhə ilə yanaşır, bir çox hallarda onu almaqdan imtina edirlər. Bu vəziyyətin yaranmasının ən böyük günahkarı isə, təbii ki, saxta bal istehsalçılarıdır. Ona görə də bu etimadsızlığın aradan qalxması üçün, ilk növbədə, bazarlarda keyfiyyətli məhsulları artırmaqla yanaşı, insanların da bu cür məhsullara inamını yenidən bərpa etməyə ehtiyac var.
Emin KƏRİMOV
Xəbər lenti
Hamısına baxMədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51

