“Computex” yalan vədlərlə 5 ildir ki, müştərilərini aldadır
04.07.2015 [10:22]
Eyyub Hüseynov: İstehlakçılardan daxil olan şikayətlərin tən yarısı “Computex”lə bağlıdır
Ötən sayımızda elektronika avadanlıqlarının satışı ilə məşğul olan “Computex” şirkətinin yalançı vədlərlə müştəriləri şirnikləndirərək mağazalarına dəvət etməsi, burada istehlakçıların aldadılması, süni şişirdilmiş qiymətlərlə istehlakçılara malın faktiki dəyərinin ikiqat qiymətinə “sərfəli kreditlə” məhsullar satılması barədə ətraflı söhbət açmışdıq. Özünü şirkətin satış meneceri kimi təqdim edən Elqar Hacəhmədov bizimlə söhbətində fəaliyyətlərinin tam şəffaf olduğunu, hətta İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində onların qiymət və kredit siyasətindən xəbərdar olduqlarını, hələ üstəlik Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun da onların fəaliyyətini dəstəklədiyini vurğulamışdı.
Məsələyə aydınlıq gətirmək üçün, müraciət etdiyimiz Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Elqar Hacəhmədovun dediklərini təkzib edib. E.Hüseynov bildirib ki, istehlakçı hüquqlarının pozulması ilə bağlı son 5 ildə AİB-ə daxil olan şikayət ərizələrinin tən yarısı məhz “Computex”lə bağlıdır. Bu mağazalar şəbəkəsi illərdir istehlakçıların hüquqlarını tapdamaqla məşğuldur. “Düz 5 ildir mütəmadi olaraq şirkətə zəng edib, AİB-ə daxil olan şikayət ərizələrinin araşdırılmasını israr etsək də, hər dəfə rəhbərliyin ölkə xaricində olduğunu bildirirlər. Dəfələrlə AİB-in əlaqə nömrələrini saxlamışam ki, bir gün görüşək, görək bu istehlakçıların başına bu oyunlar niyə açılır. Heç bir xeyri olmayıb, hər dəfə bir bəhanə ilə üz-üzə görüşməkdən yayınıblar. Demək, şirkətin fəaliyyəti şəffaf deyil ki, rəhbərlik belə hərəkət edir. Yoxsa Bakı kimi kiçik bir şəhərdə, eyni rayonun ərazisində, hətta deyərdim ki, ofislərimizin arasında cəmi 3 küçə var, bunlar niyə görüşdən imtina etsinlər ki?”, - deyə E.Hüseynov vurğulayıb.
AİB sədrinin sözlərinə görə, “Computex”də satılan malların üzərində göstərilən qiymət heç də onun faktiki dəyərini əks etdirmir. Odur ki, şirkət rəhbərliyi “nağd qiymətinə mal alıb, üstəlik bonus xalları qazanacaqsınız” deməklə müştəriləri asanlıqla aldatmağı bacarır. Halbuki ticarət obyektlərinin yalnız şəxsiyyət vəsiqəsi ilə istehlakçılara kreditlə mal satmağa ixtiyarı yoxdur. Bütün növ kreditlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir. Üstəlik, bütün kreditlər Mərkəzi Kredit Reyestrində mütləq qeydiyyatdan keçirilməlidir. Buna əməl olunmadığından mağazalar süni şəkildə qiymət artımına gedirlər, başqa sözlə, müştəriləri soymaqla məşğuldurlar - lap elə “Computex”də olduğu kimi.
“Bəzi ticarət mərkəzlərində süni qiymət artımını şərtləndirən amillər hələ də qalmaqdadır. Bu amillər sırasında əsas səbəb - ticarət şəbəkələrində “ilkin ödənişsiz, faizsiz, uzunmüddətli ödənişə” malların istehlakçılara satılmasıdır. İlk baxışdan istehlakçılar üçün əlverişli, güzəştli görünən bu şərtlər, əslində, dövlətin pul-kredit siyasəti üçün ciddi problemlərin yaranmasına səbəb olur”, - deyə AİB sədri vurğulayıb.
Eyyub Hüseynovun sözlərinə görə, azad bazar iqtisadiyyatı şəraitində yaşamaq heç də özbaşınalıq demək deyil. Mütləq əlaqədar dövlət qurumları “Computex” mağazalar şəbəkəsi vasitəsi ilə istehlakçılara təqdim olunan malların qiymətləri ilə ciddi maraqlanmalıdırlar: “Necə ola bilər ki, digər dünyaca məşhur ticarət markası adı altında paytaxtda satılan noutbukların ən maksimal qiyməti təqribən 1000 manat həndəvərindədir, burada isə həmin kompüterlər istehlakçılara 3350 manata təklif olunur? Eləcə də, digər elektronika avadanlıqlarının, - istər mobil telefonların, istər planşetlərin, istərsə də televizorların, - qiymətlərindəki fərq az qala həndəsi silsilə ilə artır”.
Mərkəzi Bankın açıqladığı rəqəmlərə istinad edən Eyyub Hüseynovun sözlərinə görə, məhz “Computex” kimi şirkətlərin əməllərinin nəticəsidir ki, bu gün ölkədə problemli kreditlərin həcmi 1,2 milyard manatı ötüb. Bunun qarşısını almaq üçün, ilk növbədə, ticarət şəbəkələri vasitəsi ilə “tək şəxsiyyət vəsiqəsi ilə faizsiz kredit verilməsi”ni mütləq dayandırmaq lazımdır. Təşkilat sədri bu məqsədlə hazırladıqları təklifləri yaxın günlərdə Nazirlər Kabinetinə təqdim edəcəklərini vurğulayıb.
Beləliklə, oxuculara bir daha aydın olsun deyə, “Computex” mağazalar şəbəkəsi vasitəsi ilə istehlakçıların aldadılması mexanizmini təkrar yada salmağı zəruri hesab edirik. Yalançı vədlərlə, guya, şirkət güzəştli kampaniya keçirir. Kampaniyanın şərtləri və qaydaları isə şirkət rəhbərliyi tərəfindən müəyyənləşdirilib. “Qaydalar”a əsasən, müştəri aldığı hər mala görə öz şəxsi hesabında hesab açmış olur və malın dəyərinə uyğun, daha doğrusu, alınan malın manatla dəyərinin onların müəyyən etdikləri dəyər ekvivalenti həcmində həmin hesaba bonuslar yığılır. Alınan hər 1 manat dəyərində mal müştərinin hesabına 10 bal gətirir. Hesabın aktiv olması üçün isə müştərinin hesabında ən azı 5000 bal olmalıdır. Yəni müştəri həmin mağazadan ən azı 500 manatlıq alış-veriş etməlidir. Hər 1000 bal müştəriyə əlavə 1 manat dəyərində “hədiyyə” almaq imkanı verir. Müştəri həmin bonus-ballardan yalnız 5-25 manat dəyərində pulsuz istifadə edə bilər. Başqa sözlə, mağazada dəyəri 5 manatdan aşağı olan mallar yalnız nağd şəkildə alına bilinər. Yox, əgər müştəri öz hesabında yığılan bonuslarla dəyəri 25 manatdan yuxarı olan mal-hədiyyə götürmək istəyirsə, o zaman həmin malın dəyərinin yalnız 10 faizi həmin bonuslarla ödənilir. Qalan 90 faizi isə müştəri təkrar öz cibindən nağd ödəməlidir. Şirkət rəhbərliyinin kəşf etdiyi bu “qaydalar”ı el dilinə çevirsək, bunun adını yalnız “günün günorta çağı adamın dərisini soymaq” kimi başa düşmək olar. Ən qəribəsi isə odur ki, “Torqovıy”dakı “Computex” mağazası “Bakcell” şirkətinin diler mağazası kimi fəaliyyət göstərməkdədir və şirkətin təqdim etdiyi mobil telefonları eyni “qaydalar” və “şərtlər”lə müştərilərə satmaqdadır. Maraqlıdır, bəs görəsən, ölkənin lider mobil operatoru adına iddia edən “Bakcell” şirkəti nədən “Computex” rəhbərliyinin bu kimi əməllərinə göz yumur? Bu sualımıza növbəti yazımızda cavab tapmağa çalışacağıq.
Eyni zamanda, əminik ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti “Computex” şirkətinin əməllərinə son qoyulması üçün müvafiq tədbirlər görəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

