/ / “Bakı-2015” I Avropa Oyunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
“Bakı-2015” I Avropa Oyunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
25.06.2015 [09:44]
İyunun 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə elan etdikləri “Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, MOK-un inzibati binasında təşkil olunan tədbirdə 40-dək aparıcı KİV-in rəhbərləri, idman ictimaiyyətinin nümayəndələri, habelə qalib jurnalistlər iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan idmançılarının birinci Avropa Oyunlarında əldə etdikləri nailiyyətlərdən söhbət açılıb. Eyni zamanda, bu Oyunların mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Milli Olimpiya Komitəsinin birgə keçirdiyi müsabiqənin əhəmiyyəti qeyd olunub.
Çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli Azərbaycanın bu günlərdə böyük bayram sevinci yaşadığını, idmançılarımızın qazandıqları parlaq qələbələrin hər bir azərbaycanlı üçün qürurverici olduğunu deyib. Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini vurğulayan Vüqar Səfərli bu mötəbər idman tədbirinin yerli və beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından kütləvi informasiya vasitələrinin üzərinə mühüm vəzifələrin düşdüyünü vurğulayıb.
İcraçı direktor, həmçinin, bildirib ki, müsabiqənin məqsədi ölkəmiz üçün müstəsna əhəmiyyət kəsb edən birinci Avropa Oyunlarının əsl mahiyyətinin ölkə ictimaiyyətinə çatdırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması olub.
Vüqar Səfərli aprelin 8-dən mayın 15-dək davam edən müsabiqəyə 34 KİV-dən 52 yazının təqdim edildiyini, yazıların üç ekspert tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. O, müsabiqənin yekun nəticələrinə görə 6 nəfərin əsas, 10 nəfərin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfərin mükafatlandırılması barədə qərar qəbul olunduğunu qeyd edib.
Müsabiqənin şərtlərinə əsasən, birinci yerin qalibinə 700, ikinci yerin qaliblərinə 500, üçüncü yerin qaliblərinə 300 manat, həvəsləndirici yerlər üçün 200 manat məbləğində mükafatın veriləcəyi bildirilib.
MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev Avropa Oyunları ilə bağlı operativ məlumatların hazırlanması və yayılmasında Azərbaycan jurnalistlərinin zəhmətini yüksək dəyərləndirərək onlara təşəkkürünü bildirib. Müsabiqənin əhəmiyyətinə toxunan Ağacan Abiyev bunun ilk Avropa Oyunlarına sanballı töhfə olduğunu qeyd edib.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ilk Avropa Oyunlarının Azərbaycan üçün böyük əhəmiyyətə malik idman hadisəsi olduğunu vurğulamaqla yanaşı, ölkəmizin təşkilatçılığının beynəlxalq miqyasda rəğbətlə qarşılandığını vurğulayıb. Müsabiqənin qaliblərini təbrik edən İsmayıl İsmayılov Fondun uğurlu layihələri sayəsində medianın MOK ilə əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan idmançılarının uğurlu çıxışlarının gənclərin idmana marağının daha da artırılması, idmanın kütləviləşməsi, insanlarda vətənpərvərlik hisslərinin gücləndirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışlardan sonra müsabiqənin qaliblərinə diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

