Mətbuat Şurasında xarici qonaqlarla görüş keçirilib
05.06.2015 [10:25]
Azərbaycan Mətbuat Şurasında (MŞ) Türk dünyasının müxtəlif bölgələrindən ölkəmizə təşrif buyurmuş media nümayəndələri, şair və yazıçılarla görüş keçirilib. Dünya Gənc Türk Yazarlar Birliyinin, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşkilatçılığı ilə baş tutmuş görüşdə MŞ sədri Əflatun Amaşov qonaqlara Azərbaycan mətbuatının hazırkı durumu, tarixi və inkişaf xüsusiyyətləri barədə geniş məlumat verib. Şura sədri ölkəmizdə türk dövlətlərinin və xalqlarının əməkdaşlıq məsələləri ilə bağlı çoxsaylı tədbirlərin gerçəkləşdirildiyini vurğulayıb. Mövcud əməkdaşlıqda media orqanları arasındakı münasibətlərin də əhəmiyyətindən söz açıb.
MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayıl türk toplumları arasındakı mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafına ümumən türk toplumunun qlobal inteqrasiya proseslərindəki mövqeyi baxımından aydınlıq gətirib. Rəhbərlik etdiyi qurumun bununla bağlı fəaliyyətindəki konkret məqamları açıqlayıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair-publisist Əkbər Qoşalı təmsil olunduğu qurumun türk xalqları arasındakı əlaqələrin dərinləşməsinə yönələn fəaliyyətindən söz açıb. O, eyni zamanda, istər ölkəmizə, istərsə də ölkəmizdən Türk dünyasının müxtəlif bölgələrinə işgüzar səfərlərin bundan sonra da təşkil olunacağına əminliyini bildirib.
Çıxış edən qonaqlardan Makedoniya parlamentinin üzvü Enes İbrahim, Türkiyənin Kocaeli bələdiyyəsinin mətbuat katibi, Kocaeli Şairlər və Yazarlar Birliyinin qurucusu Alptəkin Cevhərli, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici Media Əlaqələri Birliyinin rəhbəri Züleyxa Karaman, Qırğızıstan Yazıçılar Birliyinin üzvü, şair-publisist Ayjarkın Ergeşova, Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, Tatarıstan Yazıçılar Birliyinin üzvü Fanil Ganji və başqaları Bakıda səfərdə olmaqdan məmnunluqlarını ifadə ediblər. Onlar, həmçinin, qarşılıqlı əməkdaşlıq baxımından diqqət çəkən bir sıra məqamlara da toxunaraq, media və ictimaiyyətin ortaq türk dəyərlərinin təbliğindəki rolunun artırılmasının vacibliyini əsaslandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

