Azərbaycanın rus icması müharibə veteranlarını yubiley medalı ilə təltif edib
22.04.2015 [09:52]
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Böyük Vətən müharibəsində Böyük Qələbənin 70 illiyinə həsr olunmuş konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev, Milli Məclisin deputatları, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Belarus Respublikasının ölkəmizdəki səfiri Nikolay Patskeviç, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin nümayəndələri, Böyük Vətən müharibəsi veteranları, Azərbaycanın rus icmasının üzvləri iştirak ediblər.
Azərbaycanın rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin iştirakçıları salamlayaraq qeyd edib ki, konfrans Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində keçirilir.
Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Belarus Respublikasının Azərbaycandakı səfiri Nikolay Patskeviç, rus icması sədrinin müavini Aleksandr Alekseyev XX əsrin bu ən qanlı müharibəsində Azərbaycanın iştirakından danışıblar. Cəbhə üçün yanacağın 80 faizini verən Azərbaycanın Qələbəyə xüsusi kömək göstərdiyi vurğulanıb.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev vətəndaşları faşist qoşunlarının təzyiqinə şərəflə davam gətirmiş, mərdlik və qəhrəmanlıq göstərmiş, bəşəriyyəti XX əsrin dəhşətli bəlasından xilas etmiş keçmiş İttifaq respublikaları üçün xüsusi məna kəsb edən Qələbə günü münasibətilə veteranları təbrik edib.
Qeyd edilib ki, bu gün Azərbaycan rəhbərliyi Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı göstərməkdə davam edir. Hər il Azərbaycanda Qələbə Günü təntənə ilə qeyd olunur, Prezident İlham Əliyev veteranlarla şəxsən görüşüb onları təbrik edir.
Ə.Mehdiyev deyib: “Bu ilin fevralında Azərbaycan Prezidentinin Sərəncamı ilə “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd olunması üzrə Tədbirlər Planı” təsdiq edilib. Dövlət başçısı həmçinin müharibənin Azərbaycandan olan iştirakçılarını “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif olunması barədə Sərəncam imzalayıb. Ölkədə veteranların sosial həyatının yaxşılaşdırılmasına yönəldilmiş kompleks tədbirlər həyata keçirilir, o cümlədən onlara avtomobillər ayrılır, Prezident təqaüdləri verilir və s. Veteranların hər biri 800 manat məbləğində, əlillər və müharibə iştirakçılarının dul qalmış həyat yoldaşları isə 400 manat məbləğində birdəfəlik müavinət alıblar”.
Milli Məclisin deputatı, yazıçı, publisist Elmira Axundova veteranları Qələbə bayramı münasibətilə təbrik edib. O, qeyd edib ki, müharibə bütün ailələrdə, o cümlədən onun ailəsində də iz buraxıb.
Bakı Müharibə Veteranları bölməsi sədrinin müavini, istefada olan birinci dərəcəli kapitan, hərbi jurnalist, Böyük Vətən müharibəsi haqqında 70-dən çox kitabın müəllifi Aleksandr Qritçenko Böyük Vətən müharibəsində Azərbaycanın iştirakından və rolundan danışıb.
Sonra veteranlar “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

