Söyün Sadıxov “Azərros”un yeni prezidenti seçilib
16.04.2015 [10:18]
Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “Azərros”un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib. APA-nın məlumatına görə, qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib.
Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri olub.
Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Bəlli olduğu kimi, sözügedən vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz “qurultayları”nı keçiriblər. Həmin “qurultay”a qurumun əksər üzvləri buraxılmayıb.
Yanvarın 17-də olduğu kimi aprelin 14-də də qurultayın işini pozmaq üçün cəhdlər edilib. Konkret olaraq Rusiya hüquq-mühafizə orqanlarına qurultayın planlaşdırıldığı zala bomba qoyulması haqda yanlış məlumat verilib. Bu təxribat nəticəsində qurultay nümayəndələri və qonaqlar bir neçə saatı yaxınlıqdakı mehmanxananın holunda keçirmək məcburiyyətində qalıblar. Lakin bu, qurultayın keçirilməsinə mane olmayıb, çünki nümayəndələr qurultayın işini yekunlaşdırmaq əzmində olublar. Nəticədə qurultay 1 saat gecikməklə, digər yerdə - “Greenwood” Biznes Mərkəzində keçirilməli olub.
Qurultayda gündəlikdə qalan 3 məsələ - prezident, Federal Şura və Nəzarət-Təftiş Komissiyası sədrlərinin seçkiləri müzakirə olunub. Prezidentliyə namizədlər olan “Azərros” Federal Şurasının üzvü Mehriban Abdullayeva və vitse-prezident Yusif Xıdırov öz namizədliklərini geri götürüblər və Söyün Sadığovun namizədliyini irəli sürüblər. S.Sadığovun namizədliyini, həmçinin, “Azərros”un Ulyanovsk vilayətinin yerli təşkilatının rəhbəri İslam Hüseynov, Krasnoyarsk vilayəti təşkilatının sədri Ayaz Məmmədov, Rostov vilayəti təşkilatının sədri Vaqif Mustafayev, Samara vilayəti təşkilatının sədri Rafiq Qəmbərov və Kaluqa vilayəti təşkilatının sədri Eldəniz Amanov irəli sürüblər. Onlar S.Sadığovun namizədliyinin seçilməsinin vacibliyini “Azərros” ətrafında yaranmış mürəkkəb durumla əlaqələndiriblər.
Moskva vilayəti təşkilatından “Azərros”un prezidenti vəzifəsinə Qalib Ağayevin namizədliyi irəli sürülüb. Qurultay nümayəndələrinin əksəriyyəti S.Sadığovu “Azərros”un prezidenti seçiblər. Nizami Bəşirov qurumun Federal Şurasının sədri, Mehriban Abdullayeva isə Nəzarət-Təftiş Komissiyasının sədri seçilib. Həmçinin, qurultayın qərarı ilə “Azərros”a Krım azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti qəbul olunub. Qurultayda Moskva şəhərinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin nümayəndəsi İqor Tiunçik çıxış edib. O, demokratik seçkilərin bütün prinsiplərinin riayət olunduğu qurultayın əhəmiyyətini önə çəkib, habelə qurumun yeni prezidentinə uğurlar arzulayıb.
S.Sadığov çıxışı zamanı A.Abbasovun “Azərros”un parçalanmasına səbəb olan addımlarını pisləyib.
“Azərros”un Moskva vilayəti üzrə regional təşkilatının rəhbəri Qalib Ağayev isə A.Abbasovun həmyerlilərinə qarşı əməllərindən danışarkən, onun erməni daşnaklara sadiqliyindən və onlarla əlaqələrindən bəhs edib. “Azərros”un vitse-prezidenti qeyd edib ki, A.Abbasov Rusiyanın bəzi məmurlarını aldadaraq, onların əli ilə Rusiyadakı Azərbaycan diasporunun iradəsini boğmağa çalışır və bununla Rusiya vətəndaşları olan azərbaycanlıların konstitusiya ilə təsbit olunmuş hüquqlarını pozur. “Biz Vladimir Putinin seçiciləriyik. Rusiya vətəndaşlarının hüquq və öhdəlikləri pozulanda, susa bilmərik. Çünki Rusiyanın ictimai-siyasi həyatının fəal iştirakçılarıyıq”, - deyə o, vurğulayıb.
Qurultayda çıxış edən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən, Yaroslavldan olan Asman Hüseynov və Krasnoyarskdan olan Ayaz Məmmədov “Azərros” ətrafında yaranmış durumla əlaqədar öz münasibətlərini açıqlayıblar. Onlar qeyd ediblər ki, S.Sadığovun qayıdışı quruma yeni impuls verəcək və “Azərros”u dərin böhrandan çıxaracaq.
Tədbirin sonunda iştirakçılara qoşulan Azərbaycan səfirinin müavini Qüdsi Osmanov zalda əyləşənlərə fəal iştiraka görə təşəkkür edib. Qurumun gələcəyi naminə demokratik seçkilərin vacibliyini önə çəkən Q.Osmanov qeyd edib ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin taleyinə biganə deyil.
Qurultayda çıxış edən İslam Komitəsinin sədri Heydər Camal isə qurultayın nəticələri münasibəti ilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.
Tədbirin sonunda qurultay iştirakçıları Rusiya və Azərbaycan prezidentlərinə müraciətlər qəbul ediblər. Rusiya prezidentinə müraciətdə qeyd olunur ki, Rusiyanın bəzi məmurlarının A.Abbasovun əməllərinə köməyi nəticəsində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bununla əlaqədar qurultay iştirakçıları Rusiya konstitusiyasının qarantı olan V.Putinə müraciət edərək ondan müvafiq tədbirlərin görülməsi və məsələnin araşdırılması üçün tapşırıqlar verməsini xahiş ediblər.
A.Abbasovun Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, qurultay iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciətdə Ondan A.Abbasovun əməllərinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsini xahiş ediblər. Onlar, həmçinin, qeyd ediblər ki, A.Abbasov qeyri-qanuni hərəkətləri ilə ona yaxın olmayan Azərbaycan diasporunun nümayəndələrinə problemlər yaradır, qurumdan şəxsi maraqları naminə istifadə edir və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün əlindən gələni edir.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

