Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
11.02.2015 [10:01]
Dünən Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 4 məsələni araşdırıblar.
Öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəxtiyar Sadıqovun və Ağdam rayonunun bir qrup təhsil işçisinin, əmək və müharibə veteranının “Cəmiyyət” İnformasiya Agentliyi (“cia.az”) ilə bağlı müraciətinə baxılıb. Komissiya informasiya agentliyindən şikayət doğuran materialları tərəflərin iştirakı ilə müzakirə edərək rəyə gəlib ki, həmin nümunələrin təqdimatında “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. İnformasiya Agentliyinin Ağdam rayon Təhsil Şöbəsi və onun rəhbərliyi barədə gedən yazılarında şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər yer alıb. Ümumən yazı konkret sənədlərə, dəlil-sübutlara deyil, mülahizələrə əsaslanıb. Çıxışlarda vurğulanıb ki, “cia.az” mahiyyətində açıq qərəz nəzərə çarpan belə materialları çapa hazırlamazdan əvvəl həm də Ağdamın cəbhəyanı bölgə olduğunu nəzərdən qaçırmamalı idi.
“Cəmiyyət” İA-nın baş redaktoru Asəf Novruzov iradlarla razılaşıb, yanlışlıqların aradan qaldırılmasına hazır olduğunu diqqətə çatdırıb. Komissiya onun mövqeyini məqbul hesab edib və agentliyə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı olunub.
İclasda “Moderator.az” xəbər portalının baş redaktoru Zülfuqar Hüseynzadə etiraf edib ki, saytın 28 yanvar 2015-ci il tarixdə yayımladığı “Haqq çağırıb haqqa çatdı. Akif Məhərrəmli” sərlövhəli yazıda mətnə aid olmayan şəxsin fotosunu yerləşdirməklə texniki yanlışlığa yol verib. Nəticədə “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın müvafiq bəndinin tələbi pozulub. Baş redaktor saytın səhvən yerləşdirdiyi fotodakı şəxsdən - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlidən üzrxahlığa, təkzib verməyə hazır olduğunu vurğulayıb.
“AAAF İnşaat” MMC-nin “Bizim yol” qəzetindən şikayətinə baxılarkən mətbu nəşrə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub.
İclasda rəyə gəlinib ki, Mətbuat Şurasının “Azərbaycan naminə” qəzeti barədə daha dolğun qərarının çıxarılması üçün məsələyə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında da baxılmalıdır. Çünki Bakı şəhərindəki “Saraclı” kafesinin sahibinin bu KİV barədə şikayətinin motivlərində həmin komissiyanın araşdırmalı olduğu məqamlar var.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17

