Rus dili kursları Azərbaycan jurnalistləri üçün səmərəli olub
26.12.2014 [09:53]
Bakıda “Rusdilli jurnalistika: müasir vəziyyət və inkişaf tendensiyası” mövzusunda əlavə təhsil ixtisasartırma proqramı üzrə rus dili kursları başa çatıb. Kurslar AzərTAc və Moskva Dövlət Linqvistika Universiteti (MDLU) tərəfindən təşkil edilib.
AzərTAc xəbər verir ki, məşğələlər 72 akademik saat həcmində keçirilib.
Kurslarda Azərbaycanın aparıcı media-qurumlarının 25 nümayəndəsi iştirak edib. Məşğələləri MDLU-nun müəllimləri - professor Marina Poletayeva və dosent Lyudmila Barmina aparıblar.
MDLU-nun kafedra müdiri Marina Poletayeva bildirib ki, Azərbaycan jurnalistləri ilə məşğələlər son dərəcə səmərəli olub. O deyib: “Biz mədəniyyətlər və dillər arasında baş tutmuş dialoqa şadıq. Ümidvarıq ki, əməkdaşlığımız bundan sonra da davam edəcək”.
Lyudmila Barmina jurnalistlərimizin hazırlıq səviyyəsini, rus dilinin öyrənilməsinə onların marağını yüksək qiymətləndirib. Dinləyicilər rus dilinin nitq mədəniyyətinə dair məşğələlərə böyük maraq göstərib, xeyli sual verib, məşğələlərdə fəal iştirak ediblər. Onlar rus dilinin inkişafının ümumi meyilləri, spesifik məsələlər, o cümlədən müxtəlif dil vahidlərinin, məsələn, feli sifət və feli bağlama tərkiblərinin işlənməsi halları ilə daha çox maraqlanıblar.
AzərTAc-ın Rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva MDLU-nun müəllimlərinə təşəkkür edərək ümidvar olduğunu bildirib ki, təhsil layihələri çərçivəsində dərslərə davam edəcək.
Sonra müəllimlər əldə olunmuş nəticələrdən danışıblar. Məşğələlərin səmərəliliyini göstərən yekun testlər müzakirə edilib. İştirakçılar kursların təşkilatçılarına təşəkkür ediblər.
Rəsmi mərasimdən sonra kursların dinləyicilərinə sertifikatlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

