Dövlət gənclərin inkişafı üçün geniş imkanlar yaradır
20.12.2014 [12:11]
Həbibə Sadıqlı: Biz bilirik ki, dövlətimiz hər zaman gənclərimizin yanındadır
Müstəqil Azərbaycan Respublikasının daxili siyasi kursunun mühüm istiqamətlərindən birini də gənclər siyasəti təşkil edir. Gəncliyin inkişafına böyük əhəmiyyət verən dövlətimiz gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, yüksək vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirir. Görülən effektiv tədbirlərin, göstərilən yüksək səviyyəli diqqət və qayğının nəticəsidir ki, hazırda idarəetmə strukturlarında, o cümlədən, Milli Məclisdə, bələdiyyə qurumlarında çalışan gənc kadrların sayı hiss olunacaq dərəcədə artır. Habelə, müxtəlif dövlət orqanlarına vakant yerlər üzrə keçirilən müsabiqələrdə gənclərin irəli çəkilməsi onların dövlət idarəçiliyinə fəal cəlb olunması deməkdir. Gənclərin inkişafına xüsusi diqqət və qayğı göstərən Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2007-ci ilin “Gənclər ili” elan edilməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsi gənclərin ictimai fəaliyyətinin, yaradıcılığının və təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsinin bariz göstəriciləridir.
Məhz bunların nəticəsidir ki, özünün inkişaf dövrünü yaşayan Azərbaycan gəncliyi cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edir, milli dəyərlərə və maraqlara müvafiq səmərəli fəaliyyət göstərir. Bütün bunlar, eyni zamanda, gənclər təşkilatlarının fəaliyyətinə xüsusi stimul və töhfələr verir. Bu mənada Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu gənclərin intellektual potensialından istifadə olunması, onların elmi-intellektual və digər sahələrdə fəallığının artırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Ölkəmizdə yüzlərlə gənc, gənclər təşkilatları müxtəlif ideya və təkliflərlə Fonda müraciət edirlər. Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Gənclər Fondu dövlət başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin layiqli və intellektual vətəndaş kimi yetişməsi üçün bir sıra maraqlı layihələrin həyata keçirilməsinə dəstək verir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Bakı Ali Neft Məktəbində həyata keçirilən “Business brains” layihəsi bunlardan biridir. Layihənin rəhbəri Həbibə Sadıqlı bizimlə söhbəti zamanı bildirdi ki, həyata keçirdiyi layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub: “Mən şəxsən Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə biznes sahəsində uğur qazanmaq istəyən gənclərə olan diqqətin nəticəsi kimi qiymətləndirirəm. Qeyd edim ki, həyata keçirdiyimiz layihədə 80 nəfərdən çox gənc iştirak edirdi. Layihənin həyata keçirildiyi müddət ərzində biz tələbələrə biznes sahəsində təcrübi biliklər üzrə təlimlər təşkil etdik. Belə ki, bu çərçivədə “Marketing-view from inside”, “Biznes layihələrdə məqsəd və hədəflərin müəyyən edilməsi”, “Biznes layihələrdə büdcə resurslarının idarə edilməsi - Foundraising”, “Business rhetorics”, “Quality assurance in business - Biznesdə keyfiyyətin təminatı” adlı təlimlər həyata keçirildi. Sonda isə layihə iştirakçılarına sertifikatlar təqdim edildi. Qeyd etmək istəyirəm ki, bu tədbirlərdə həm gənclər, həm də təlimçilər böyük fayda əldə etdilər. Belə ki, gənclər biznesdə marketinq işinin təşkili zamanı əldə edəcəkləri imkanlar və qarşılaşa biləcəkləri problemlərlə bağlı zəngin bilik əldə etdilər. Layihəni reallaşdıranlar isə bu istiqamətdə gələcək fəaliyyətləri üçün zəngin təcrübə, gənclərlə apardıqları diskussiyalar əsasında isə biznes mühitinin öyrənilməsi ilə bağlı elmi tədqiqat üçün zəngin material əldə edə bildilər. Biz gənclər bizlərin inkişafı üçün lazımi şərait yaratdığına görə dövlətimizə öz dərin minnətdarlığımızı bildiririk. Bilirik ki, dövlətimiz hər zaman gənclərimizin yanındadır”.
Oktay
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45

