Azərbaycan Mətbuat Şurası Şirməmməd Hüseynovun 90 illik yubileyi ilə bağlı tədbir keçirib
18.12.2014 [10:06]
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuatımızın əvəzedilməz tədqiqatçısı, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə keçirilmiş tədbirin iştirakçıları öncə yubilyarın ömür yolu ilə bağlı “Ustad” sənədli filminə tamaşa ediblər. Şuranın “O film” studiyası ilə birgə layihəsi əsasında çəkilmiş, Ş.Hüseynovu dəyərli ziyalı, tələbkar pedaqoq, qayğıkeş ailə başçısı, əsl dost olaraq səciyyələndirən xüsusiyyətlərin ətraflı təhlil olunduğu film maraqla qarşılanıb.
Yubiley mərasimində çıxış edən MŞ sədri Əflatun Amaşov Ş.Hüseynovu Azərbaycan jurnalistlərinin müəllimi kimi xarakterizə edən cəhətlərdən söz açıb. Yubilyarın həyat və yaradıcılığının nəinki gənc nəsil, müasirləri üçün də örnək mahiyyətini vurğulayıb. Ə.Amaşov qocaman qələm sahibinin Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin irsinin öyrənilməsi sahəsində xidmətləri üzərində dayanaraq bildirib ki, Ş.Hüseynov mövcud istiqamətdəki fəaliyyəti ilə bütövlükdə Azərbaycan tarixinin zənginləşməsinə layiqli töhfə verib. “90 illik ömür yolunun hikməti neçə-neçə elmi monoqrafiyadan, məqalədən və digər sanballı nümunələrdən ibarətdir. Məhz buna görə də Şirməmməd müəllim canlı salnamədir. Ona dəyər vermək təkcə bu günümüz deyil, gələcəyimiz üçün də zəruridir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünən (dekabrın 16-da - red.) imzaladığı Sərəncamla Şirməmməd Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi çox böyük hadisədir. Çünki yubilyarın yaradıcılıq fəlsəfəsinin qayəsində Azərbaycan xalqının varlığını, onun dünya xalqları arasındakı mövqeyini səciyyələndirən cəhətlər dayanır”, - deyə Ə.Amaşov bildirib.
Yubilyar Şirməmməd Hüseynov yubiley mərasimindəki çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şəxsiyyətləri ilə bağlı tədqiqatlardakı spesifik məqamlardan, onları səciyyələndirən milli təəssübkeşlik xüsusiyyətlərindən, dövlətçilik ənənələrimizə sədaqət ruhunu yaşatmalarından söz açıb. Qocaman jurnalist həmçinin maraqlı replikaları ilə də diqqət çəkib. Yubilyarın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini görmək arzusu mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Tədbirdə Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, millət vəkili, tanınmış ədəbiyyatşünas və publisist Rafael Hüseynov, Milli Məclisin deputatı, MŞ İdarə Heyətinin üzvü Cavanşir Feyziyev, Əməkdar jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev, Bakı Slavyan Universitetinin jurnalistika fakültəsinin dekanı Aynur Bəşirli çıxış edərək bildiriblər ki, Ş.Hüseynovun 90 illik yubileyi milli istiqlal düşüncəmizin bayramıdır.
Çıxışlarda Ş.Hüseynovun pedaqoq, tədqiqatçı və jurnalist kimi Azərbaycan xalqı qarşısındakı xidmətlərinin misilsiz olduğu da qeyd edilib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17

