Gəncədə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin ictimai təqdimatı keçirilib
16.12.2014 [09:42]
Dekabrın 15-də Gəncə şəhərindəki “RAMADA Plaza” otelində Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə “Kadastr və daşınmaz əmlakın qeydiyyatı layihəsi: mövcud vəziyyət və hədəflər” mövzusunda ictimai təqdimat keçirilib.
AzərTAc xəbər verir ki, təqdimat mərasimdə Əmlak Məsələləri Dövlət Komitəsi aparatının, Daşınmaz Əmlakın Kadastr və Texniki İnventarlaşdırma Mərkəzinin, komitənin regional idarələrinin, yerli icra hakimiyyətinin, bələdiyyə orqanlarının, aidiyyəti dövlət qurumlarının, ictimai birliklərin nümayəndələri, həmçinin Almaniyanın KFW Bankının, komitənin həyata keçirdiyi layihələrdə əməkdaşlıq etdiyi beynəlxalq şirkət və təşkilatların, özəl şirkətlərin təmsilçiləri iştirak ediblər.
Təqdimat mərasimini Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastr və Texniki İnventarlaşdırma Mərkəzinin direktoru Ramiz Quliyev açaraq diqqətə çatdırıb ki, hazırda ölkəmizdə müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılmaqla, daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir.
Qeyd edilib ki, Gəncənin və Şəkinin daşınmaz əmlakları haqqında elektron kadastr məlumat bazasının və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutan bu layihənin əsas məqsədi də məhz daşınmaz əmlakın kadastr işlərinin inkişafının təmin edilməsi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı xidmətləri yüksəltməkdən ibarətdir.
Təqdimat mərasimində o da vurğulanıb ki, “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin icrasına 2013-cü ilin oktyabrından başlanılıb və 2016-cı ilin aprelinədək davam edəcəkdir. Bu müddət ərzində layihənin hədəflərinə çatmaqla, Gəncə və Şəkidə ərazilərdəki daşınmaz əmlaklar barədə mükəmməl elektron kadastr-məlumat bazası formalaşdırılacaq və bu elektron kadastr məlumatlarından istifadə etməklə daşınmaz əmlaklar üzərində hüquqların qeydiyyatı, obyektlərin kadastr uçotuna alınması, əmlakla bağlı müxtəlif arayış və sənədlərin verilməsi işlərinin elektron xidmətə keçidi təmin ediləcəkdir. Eyni zamanda, layihə ərazilərində daşınmaz əmlakın kadastr məlumatlarından istifadə etməklə memarlıq-planlaşdırma, əmlakların qiymətləndirilməsi, ünvan işlərinin müasir tələblər çərçivəsində qurulması üçün şərait yaranacaqdır. Layihənin həyata keçirilməsi daşınmaz əmlak idarəçiliyinə və şəhər təsərrüfatının səmərəli idarə edilməsinə informasiya təminatı baxımından əhəmiyyətli yardım edəcəkdir. Bu da öz növbəsində vətəndaşlara göstərilən elektron xidmətlərin tətbiqi üçün mühüm informasiya mənbəyi olacaqdır.
Tədbirdə rayon icra hakimiyyəti, bələdiyyələr, idarə, müəssisə, təşkilat və digər əlaqəli tərəflər arasında məlumatlandırma və fəaliyyətlərin əlaqələndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində xidmətlər mövzusunda çıxışlar olub.
Layihənin rəhbəri Oliver Xaitsmanın “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” layihəsinin məqsəd və icra vəziyyəti, həmçinin kadastr məlumatlarından istifadə istiqamətləri ilə bağlı çıxışı da maraqla dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

